Putin Ərdoğana Rusiyanın müəyyən şərtlər daxilində Ukrayna ilə bağlı dialoqa açıq olduğunu təsdiqləyib
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana Ukraynanın “məlum tələbləri” yerinə yetirməsi, eləcə də yeni ərazi reallıqlarını nəzərə almaq şərti ilə Moskvanın Kiyev üzrə dialoqa açıq olduğunu təsdiqləyib. Bu barədə cümə axşamı, yanvarın 5-də Kremldə məlumat verilib.
Kremlin mesajına görə, Rusiya prezidenti Ukraynanı silahla təchiz edən, həmçinin məlumat və hədəf təyinatını təmin edən Qərbin dağıdıcı roluna diqqət çəkib.
“Rəcəb Tayyib Ərdoğanın münaqişənin siyasi həlli üçün Türkiyənin vasitəçiliyinə hazır olması fonunda Vladimir Putin Rusiyanın ciddi dialoqa açıq olduğunu bir daha təsdiqləyib”, – Kremlin bəyanatında deyilir.
Şayəstə






