Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə azad ticarət zonası haqqında razılaşmanın 2016-cı ilin yanvarından 1-dən dayandırılması barədə fərman imzalayıb.
Axar.az Lenta-ya istinadən xəbər verir ki, qərarın qəbul edilməsinə təsir edən əsas faktorlar kimi müstəsna şərait, dövlət maraqları və iqtisadi təhlükəsizlik göstərilib.
Verilən məlumata görə, yaxın gələcəkdə Rusiya Xarici İşlər Nazirliyi rəsmi Kiyevi müqavilənin ləğv edilməsi ilə bağlı məlumatlandıracaq.




