"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Putin Ukraynada Qərbə qarşı son və qəti savaşa başlayır

05 Noyabr 2014 - 16:43
in SİYASƏT

Kreml qorxulu “Novorossiya” planını işə salır; Donbasdakı qanunsuz seçkilər Moskvanın əlinə bölgəyə hərbi müdaxilə üçün “rəsmi” fürsət verib; Rusiya “Krım ssenarisi”ni daha sərt şəkildə təkrarlamaq əzmindədir; bəs Kiyev, ABŞ, Avropa? Çox gözləmək lazım gəlməyəcək…

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

img1672021Qərbin bütün sərt xəbərdarlıqlarına və Kiyevin aktiv etirazlarına rəğmən, Putin noyabrın 2-də rusiyayönlü bandit dəstələrinin nəzarətindəki Dnetsk və Luqansk vilayətlərində başçıların və deputatların qanunsuz seçkilərini, hər halda, keçirdi. Bununla da Moskva və onun Ukraynanın cənub-şərqindəki silahlı muzdluları Minsk anlaşmasını tamamilə pozdular və situasiyanı təzədən hərbi qarşıdurmaya tərəf yönəltdilər.

Bu seçkilərin legitimliyini Moskvanın tanımayacağı, yaxud onların yekunundan öz siyasi məqsədləri üçün istifadə etməyəcəyi ilə bağlı Qərbin və rəsmi Kiyevin ümidləri çətin ki, doğrulsun. Putin bütün bu “xörəyi” ona görə bişirməyib, seçkiləri ona görə təşkil etməyib ki, indi qəfildən üzünü çevirsin və kənara çəkilsin.

Rusiyanın XİN başçısı Sergey Lavrov artıq bəyan edib ki, Moskva Ukraynadakı parlament seçkiləri ilə birgə “DXR” və “LXR”dəki seçkilərin nəticələrini də tanımaq niyyətindədir. Və bu zaman nazir aşkar hiyləgərliklə və faktları təhrif edərək Moskvanın bu addımını “Minsk anlaşması”na tam uyğun kimi qiymətləndirib.

Beləcə, Rusiya noyabrın 2-dəki seçkilərinin yekunlarını operativ şəkildə tanıyıb. Bəs sonra?

Bizcə, ən maraqlısı, ziddiyyətlisi və təhlükəlisi də məhz bundan sonra başlayacaq. Məsələ ondadır ki, barışıq haqda Minsk anlaşması ilə Kremlin guya güzəştlərə getdiyini və Ukraynanın parçalanmasına yönəlik planlardan əl çəkdiyini, həmçinin də onun (Qarabağ problemi kimi) münaqişənin uzunmüddətli konservasiyasına hazır olduğunu güman edənlər çox tezliklə yanıldıqlarını anlayacaqlar.

İş ondadır ki, “Minsk barışığı” təkcə cəbhədə bir sıra hissediləcək məğlubiyyətlərə uğramış və üstəlik, növbədənkənar parlament seçkilərinə hazırlaşan Kiyevə lazım deyildi; həm də Moskvaya lazım idi ki, özünün əldən düşmüş bandit dəstələrini yeni silahlar və canlı qüvvə ilə möhkəmlətsin, həmçinin, “Novorosiya”da (“Yeni Rusiya”) seçkilər keçirib yeni imperiya planlarının növbəti fazasına ciddi hazırlaşın.

Moskvanın Ukraynaya münasibətdə indi yeni və qorxulu hərbi-siyasi planlar qurduğu və müharibənin təzə mərhələsinə hazırlaşdığını sübut edən bir sıra faktlar var. Məsələn, Rusiya Minsk anlaşmasına sadiqliyin nümayişi kimi və Qərbin sanksiyalarını yumşaltmaqdan ötrü öz qoşunlarını sərhəddən çəkəndən sonra “seçkilər” ərəfəsində “DXR” və “LXR”də yenidən ölkənin cənub-şərqini öz qoşunları tərəfindən sıx mühasirəyə alıb və ora intensiv şəkildə silah və canlı qüvvə atmağa başlayıb. Təsadüfi deyil ki, ABŞ-ın çox yaxşı məlumatlı mənbələri bugünlərdə Kremli sərt şəkildə xəbərdar edirlər ki, psevdoseçkilərdən o, bölgəyə qoşun yeritmək və gərginliyi daha da artırmaq üçün bəhanə qismində yararlanmasın. Analoji xəbərdarlıqlar Rusiyanın hərbi ritorikasından və davam edən hərbi təlimlərindən əndişə keçirən Avropadan səslənməkdədir.

Yeni təhlükəli müharibənin mümkünlüyünə bugünlərdə Nemtsov da işarə vurur. Siyasətçi hesab edir ki, Putin yarı yolda dayanmayacaq. O, bununla bağlı öz qənaətini Rusiyanın yeni, 800 milyardlıq hərbi büdcəsinin mövcudluğu ilə əsaslandırıb. Belədə məntiqli sual yaranır: Putin niyə məhz indi, Donbasdakı “seçkilər”dən sonra “Novorossiyanın anşlyüsü” kimi hansısa yeni ssenarini reallaşdırmaq istəyir?

Güman eləmək olar ki, bu “seçkilər”in əsas missiyası terrorçuların işğal elədiyi və nəzarətdə saxladığı həmin ərazilərə formal da olsa əhalisi tərəfindən seçilmiş rəhbərləri, hakimiyyət strukturları və deputatları olan hüquqi və legitim respublika görüntüsü verməkdir. O səbəbdən bu qanunsuz seçkilərə çoxlu vəsait xərclənib, müxtəlif ölkələrdən olan və haqqı ödənilmiş beynəlxalq müşahidəçilər dəvət edilib.

Yeni mərhələdə “Krım ssenarisi”ni reallaşdırmaqdan ötrü Kreml üçün çox vacib idi ki, öncə “DXR” və “LXR”i Krım statusuna qədər dartıb gətirsin – o Krım ki, orada, hər halda, adından referendum təşkil edilən və Rusiyaya birləşmək üçün müraciət qəbul olunan icra və qanunverici strukturlar mövcud idi. Donetsk və Luqnaskda isə müharibə xaosu hakimiyyətin tam xaosuna gətirmişdi. Üstəlik, vilayətlərin əraziləri iki hissəyə – Kiyevin nəzarətinə qaytarılanlara və bandit dəstələrinin kontrolunda qalanlara bölünmüşdü.

Belə vəziyyətdə “Krım ssenarisi”nin baş tutması real görünmürdü və əraziyə hansısa formada qoşun yeridilməsini də hətta formal şəkildə belə yerli əhali və hakimiyyət orqanlarının iradəsi ilə əsaslandırmaq mümkün deyildi. Amma 2 noyabr “seçkiləri”ndən sonra Moskva “DXR” və “LXR”in seçilmiş başçıları və deputatlarının xahişlərinə “hay vermək” və Ukraynanın cənub-şərqində “Krım ssenarisi”nin hansısa sərt variantını həyata keçirmək üçün əlverişli fürsət əldə eləmiş olur.

Əslində Kremlin məkrli planı bayağılıq dərəcəsində sadədir və müxtəlif variasiyalarda dəfələrlə sınaqdan çıxarılıb (Abxaziya, Cənubi Osetiya, Krım): “seçkilər”dən dərhal sonra haqqı qabaqcadan verilmiş beynəlxalq müşahidəçilərə istinadən bu seçkilərin demokratik və legitim olması barədə qulaqbatırıcı təbliğat gedəcək. Ardınca Moskva rəsmən nəticələri tanıyacaq və Kiyevi və bütün dünyanı da onları tanımağa çağıracaq. Daha sonra “DXR” və “LXR”in yeni seçilmiş “hakimiyyətləri” Rusiyaya onsuz da geniş açılmış qapılarını (sərhədlərini) bir az da geniş açacaq və Moskvadan rəsmən hərbi və başqa kömək istəyəcək. Yolüstü onlar Ukrayna qüvvələrini tutduqları ərazilərdən çıxarmağa aktiv cəhdlər edəcəklər və bununla da Kiyevi hər vəchlə müharibə təxribatına çəkməyə çalışacaqlar.

Nəzərə alanda ki, Ukrayna bu təxribatlara adekvat cavab verməyə məhkumdur, o zaman hərbi əməliyyatların bərpası yəqin ki, qaçılmaz olacaq. Və çox gözləmək lazım gəlməyəcək. Kiyev tərəfindən antiterror əməliyyatının başlanacağı təqdirdə “DXR” və “LXR” hakimiyyətləri rəsmən kömək üçün Moskvaya müraciət edəcəklər. Bu dəfə “oyuna” açıq şəkildə və bütün gücü ilə Rusiya qoşulacaq – öz qoşunlarını yetirməklə və “yeni rusiyalı qardaşları”nı “benderlər”dən qorumaq üçün. Yada salaq, bütün bunlar artıq Gürcüstanda sınaqdan keçirilib.

Ardınca təxminən belə olacaq: Rusiya qoşunları Ukrayna qüvvələrini geri oturdur və “Novorossiya” adlandırılan ərazi üzrə maksimum irəli gedib orada əsaslı şəkildə möhkəmlənir. Bundan sonra gündəliyə “Novorossiya”nın müstəqilliyi və ya Rusiyaya birləşdirilməsi haqda mümkün referendum ssenarisi gəlir. Eyni vaxtda Kreml Kiyevlə Qərbi sülhdən imtina edəcəkləri təqdirdə daha təhlükəli hərbi nəticələrə tuş gələcəkləri ilə şantaj edərək təzədən danışıqların təşəbbüskarı kimi çıxış edir. Görünür, Putin və Kreml qırğılarının “Novorossiya” anşlyüsü ilə bağlı qəsdi bundan ibarətdir.

Bəs Kiyev, ABŞ, Avropa? Onlar Moskvanın yeni ekspansiya faktı ilə barışacaqmı?

Aydındır ki – yox. Kiyev qeyri-bərabər mübarizəyə bütün resurslarını cəlb eləməklə inadla müqavimət göstərəcək. Qərb (ABŞ, Avropa Birliyi və NATO) özünün bütün hərbi gücünü döyüş hazırlığı vəziyyətinə gətirib yeni, qat-qat sərt sanksiyalar elan edəcək. Əgər situasiya Qərblə Rusiya arasında böyük müharibəyə gətirməsə, o zaman Putini Krımdan və “Novorossiya”dan yalnız hədələr və sanksiyalarla “vurub” çıxarmaq çətin ki, mümkün olsun. Daha dəqiqi, bu, yalnız Rusiyanın özündə Putin rejimi çökəndən və kütləvi velikoderjav yanğını baş qaldırandan sonra reallaşacaq. Bu isə çox tezliklə olmaya da bilər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda bu gün asfalt vurulan yol yenidən çökdü – (Fotolar)

Next Post

Hüquq müdafiəçisinin anasının evində axtarış aparılır

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Hüquq müdafiəçisinin anasının evində axtarış aparılır

” Rusiya istədiyi ölkənin ərazisinə tankla soxula bilər”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.