Taxıl müqaviləsinə alternativ Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən təklif edilib.
Elchi.az xəbər verir ki, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı taxıl müqaviləsinin Türkiyə xarici işlər naziri Hakan Fidanın təklif edəcəyi yeni formul müzakirə oluna bilər. Bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
“Türkiyənin təmaslardan sonra işləyəcəyi yeni düstur prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçiriləcək görüşdə müzakirə oluna bilər”, – nəşr yazır.
Nəşr onu da qeyd edib ki, Fidan bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukrayna hakimiyyətinin taxıl sövdələşməsi ilə bağlı fikrini dinləmək üçün görüşüb.\
Şayəstə Hüseynova




