Rusiya lideri Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Amur vilayətindəki Vostoçnı kosmodromunda qısa danışa biliblər .
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir.
Görüş vahid texniki kompleksin reaktiv daşıyıcılarının quraşdırılması və sınaq binasının əsas girişində baş tutub. Dövlət başçıları kosmodroma baxış keçirəcək, bundan sonra danışıqlar aparacaqlar.
Şimali Koreya lideri qatarla Vostochnı dəmir yolu stansiyasına, quraşdırma və sınaq binasının yaxınlığındakı relslərə gəlib. Vaqona qırmızı xalçalı keçid gətirilib, onun hər iki tərəfində hər iki ölkənin bayraqlarının dalğalandığı Şərq Hərbi Dairəsinin fəxri qarovul dəstəsi dayanıb. Kim Çen Inı Rusiya və KXDR hökumətlərarası komissiyasının rəhbəri, təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlov və Rusiya Xarici İşlər Nazirliyinin dövlət protokolu departamentinin direktoru İqor Boqdaşev qarşılayıblar .
Kim Çen In ölkəyə Putinin dəvəti ilə gəlib. Kreml rəsmisi Dmitri Peskovun sözlərinə görə , danışıqlarda Moskva və Pxenyan arasında əməkdaşlıq, o cümlədən ticarət-iqtisadi əlaqələr və mədəni mübadilə məsələsi qaldırılacaq. KXDR rəhbəri sonuncu dəfə 2019-cu ildə Rusiyada olub.
Nuranə Məmmədova





