Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko fevralın 17-də görüşəcək.
Elchi.az xəbər verir ki, bu barədə Belarusun “Pul Pervoqo” teleqram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Lukaşenko jurnalistlərlə danışarkən Putinlə görüşəcəyini açıqlayıb. Görüş barədə digər təfərrüatlar hələlik verilməyib.
Xatırladaq ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov da görüşün tezliklə baş tuta biləcəyini bildirmişdi. Prezidentlər sonuncu dəfə 2022-ci ilin dekabrında Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi sammiti çərçivəsində görüşüblər.
Yeganə






