Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Valaam adasına səfər ediblər.
Elchi.az bu barədə News.am-a istinadən bildirir.
Bu gəzinti onların bazar günü Strelnadakı Konstantinovski sarayında danışıqlarla başlayan iki günlük ünsiyyətinin davamı idi. İclasın rəsmi hissəsindən sonra liderlər bazar gününün növbəti bir neçə saatını Kronştadta səfərə həsr ediblər, burada Dəniz Kafedralini ziyarət edərək kafedralın yaxınlığındakı meydanı gəzən insanlarla söhbət ediblər, həmçinin Hərbi Dəniz Qüvvələri Günündə, iyulun 30-da açılacaq Dəniz Şöhrəti Muzeyinin sərgisinə baxıblar. Sonra onlar Spaso-Preobrajenskdəki Valaam Stauropegial Monastırını ziyarət ediblər.
Qeyd edək ki, Putin sonuncu dəfə 2019-cu ilin iyulunda Lukaşenko ilə birlikdə Valaamda olub.
Yeganə





