Rusiya və Ermənistan liderlərinin görüşü Sankt-Peterburqda keçirilir.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Ermənistan lideri Nikol Paşinyanla görüşür.
Liderlər Dağlıq Qarabağdakı vəziyyətin nizamlanması mövzusunu müzakirə etməyə davam ediblər.
“Əsas məsələ bütövlükdə Cənubi Qafqazdakı vəziyyətin və Ermənistan-Azərbaycan münasibətlərinin, Qarabağla bağlı hər şeyin nizamlanmasıdır”, – Vladimir Putin bildirib.
O, Moskva ilə İrəvan arasında iqtisadi əlaqələrin müsbət göstəricilərinə də diqqət çəkib. Belə ki, cari ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi ötən ilin göstəricilərini 73 faiz üstələmişdir.
Xatırladaq ki, Vladimir Putinlə Nikol Paşinyan dekabrın 12-də də telefonla danışıblar. Siyasətçilər Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələsinə, eləcə də Transqafqazda nəqliyyat, logistika və ticarət-iqtisadi əlaqələrin bərpası layihələrinə xüsusi diqqət yetiriblər.
Şayəstə





