Rusiya lideri Serbiyanı Rusiya Federasiyasının etibarlı tərəfdaşı adlandırıb.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Serbiyanın rəhbəri Alesandar Vuçiçi Respublikanın Dövlətçilik Günü münasibətilə təbrik edib. Rusiya liderinin təbrik teleqramını Rusiyanın Belqraddakı səfiri Aleksandr Bortsan-Xarçenko təqdim edib.
“Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Serbiya Rusiyanın mühüm və etibarlı tərəfdaşıdır. Biz hazırkı çətin beynəlxalq şəraitdə Belqradın apardığı balanslaşdırılmış xarici siyasəti yüksək qiymətləndiririk”.
Putinin qeyd etdiyi kimi, Moskva Belqradın ölkənin ərazi bütövlüyünü qorumaq və Kosovo problemini həll etmək səylərini dəstəkləyir. Rusiya dövlətinin başçısı Rusiya Federasiyası ilə Serbiya arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Şayəstə





