Rusiya lideri Vladimir Putindən 10 il müddətinə illik 3 milyard kubmetr qaz tədarükü ilə bağlı razılaşma istəməyi planlaşdırıram.
Bu açıqlama ilə Serbiya Prezidenti Aleksandar Vuçiç çıxış edib.
“Unutmayın ki, biz elektrik enerjisi istehsalına kömək etmək üçün Rusiya ilə uzunmüddətli müqavilə əsasında əldə etdiklərimizlə birlikdə bazardan gündə 3-4 milyon kubmetr qaz alırıq”, – Serbiya lideri vurğulayıb.
Qeyd edək ki, Vuçiçin Moskvaya səfəri noyabrın 24-də gözlənilir.




