Rusiya prezidenti Bladimir Putinin yaxın günlərdə Türkiyəyə səfəri nəzərdə tutulub. Elchi.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, səfər öncəsi Rusiyanın
“Qazprom” şirkətinin sədri Aleksey Miller Türkiyənin prezidenti Rəcəb Taib Ərdoğanla danışıq aparıb.
Şirkətin yaydığı məlumata əsasən, A.Millerlə Türkiyənin energetika və təbii sərvətlər naziri Tanər Yıldız arasında da danışıq olub.
Məlumatda bildirilib ki, danışıq zamanı tərəflər V.Putinin səfərinin gündəliyini müzakirə ediblər: “Təbii qaz sahəsi ilə bağlı ikitərəfli kompleks məsələlər müzakirə olunub. Almaniyadan sonra Türkiyənin bazarı “Qazprom”-dan “mavi yanacaq” idxal edən ikinci dövlətdir. 2013-cü ildə “Qazprom” Türkiyəyə 26,7 milyard kub metr qaz ixrac edib”.



