Rusiya prezidenti Vladimir Putin Volqoqradda Stalinqrad döyüşündəki qələbənin 80-ci ildönümü münasibəti ilə keçirilən təntənəli mərasimdə çıxış edib.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Putinin sözlərinə görə, Avropanı, o cümlədən Almaniyanı Rusiya ilə müharibəyə cəlb etmək cəhdi var. Putin Qərb ölkələrinə xəbərdarlıq edib:
“Hamı başa düşməlidir ki, zirehli texnika ilə təhdidlərə cavab verəndə heç bir şey alınmayacaq”.
Rusiya liderinin sözlərinə görə, Almaniyanı Rusiya ilə yeni müharibəyə sürükləyənlər və döyüş meydanında qalib gəlməyi gözləyənlər müasir müharibənin fərqli olacağını anlamırlar:
“Rusiyanın təhdidlərə cavab verəcəyi bir şey var, bu cavab yalnız zirehli maşınlarla olmayacaq.
Qərb yenidən Hitlerin sonuncusu olan Ukraynanın Bandera torpağında Rusiya ilə vuruşmağa hazırlaşır. Rusiya özünə, öz haqlılığına və qələbəsinə arxayındır”.
Yeganə






