
Rusiya bu gün keçiriləcək BMT Təhlükəsizlik Şurasının qapalı iclasında Türkiyənin rəsmi Bağdadın icazəsi olmadan İraqda hərbi kontingent yerləşdirmək məsələsini müzakirə edəcək.
“TASS” xəbər verir ki, bu barədə təşkilatdakı diplomatik mənbə bildirib.
Mənbənin sözlərinə görə, məsələ ilə bağlı ayrıca iclas keçirilməyəcək: “Qapalı görüş zamanı “digər məsələlər” (Any other business) bölməsində qaldırılacaq”.
Mənbə əlavə edib ki, məsləhətləşmələr sonrası hər hansı bir qərarın qəbul olunacağı gözlənilmir.
Qeyd edək ki, dekabrın 6-ı Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı taboru İraqda əməliyyatlara başlayıb. İŞİD-in nəzarəti altında olan Mosul şəhəri yaxınlığında Türkiyəyə məxsus hərbi kontingent yerləşdirilib.



