"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Putini Suriyadan çıxaran daha bir səbəb:Rus təyyarələrini noxud kimi “dənləyəcəklərmiş”!

16 Mart 2016 - 22:16
in XƏBƏR LENTİ
rus-teyyare-1

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Rusiya kosmik-hava qüvvələrinin (KHQ) Suriyadan tələsik çıxarılması xüsusən də Rusiyanın “uğurlu” bombaradmanları haqda xəbərlər fonunda tamamilə məntiqsiz görünür. Rusiya aviasiyasının Suriyanı tərk etməyinin siyasi səbəbləri yoxdur.

Müstəqil aviaekspert Vadim Lukaşeviç “Rosbalt”a bildirib: “Tam şəkildə aydın oldu ki, Rusiya qoşunları Suriyaya İŞİD-lə mübarizə üçün deyil, prezident Bəşər Əsədi xilas etmək üçün atılmışdı. Rusiya aviasiyası sentyabrın 30-da zərbə endirməyə başladı – həmin vaxt Əsədin düşmənləri prezident sarayının 8 km-liyində idi. Əsədin mövqeyi bu gün bir qədər möhkəmlənib. Döyüşən tərəflər İŞİD-in qoşulmadığı barışıq əldə edib. Sanki bütünlüklə terrorçuların mövqelərinin bombalanmasına cəmlənmək olardı, lakin əvəzində Rusiya təyyarələri qəflətən Yaxın Şərq ölkəsini tərk etdi”.

Lukaşeviçin sözlərinə görə, Rusiya KHQ-nin Suriyadakı uğuru olduqca nisbi anlayışdır. Rusiya qoşunlarının öldürdüyü terrorçuların təxmini sayı 2 min nəfərdir. Halbuki 9 min döyüş uçuşu keçirilib. Lukaşeviç hesab edir: “Bu, son dərəcə aşağı döyüş effektindən xəbər verir. 4-5 uçuşa bir öldürülmüş terrorçu düşür. Burada, sadəcə, əl yelləmək olar. Yəni Qərb koalisiyası da bir neçə il ərzində terrorçulara heç nə edə bilmədi və bizdə də heç nə alınmadı. İŞİD, təxminən, Rusiya qoşunları girməzdən əvvəlki vəziyyətdə varlığını sürdürür. Əgər Suriyaya terrorizmlə mübarizə naminə girmişdiksə, onda bu vəzifəni yerinə yetirmədik”.

Ekspert həmçinin qeyd edir ki, Rusiya qoşunlarının Suriyadan getməyinin daha bir “konspiroloji” versiyası var. İstisna olunmur ki, Səudiyyə Ərəbistanı Bəşər Əsəd rejiminə qarşı vuruşan Azad Suriya Ordusu üsyançılarına, nəhayət, səyyar zenit-raket kompleksləri verib. Suriyanın iki gün əvvəl vurulmuş Miq-21 təyyarəsi üsyançılarda bu silahın olduğunu dolayısı ilə təsdiq edir. Üsyançılar bunu Rusiyanın müasir Su-34 təyyarəsi hesab edirlər.

Lukaşeviç deyir: “Üsyançılar, həqiqətən, səyyar ZRK-ləri əldə ediblərsə, bu, yalnız bir şeyi bildirir: aviasiyamız noxud kimi səpələnməyə başlayacaq və tamamilə faydasız olardı. Və budur, vurulmuş təyyarə əhvalatından sonra gecə tələsik uçuşları dayandırırıq, sonra da qoşunlarımızın çıxarılması haqda qərar qəbul edirik. Eyni zamanda bu addımı amerikalılarla razılaşdırmırıq. Paralel şəkildə isə terrorizm üzərində əzəmətli qələbə haqda açıqlamalar gəlir. Bəli, hazırda Suriyada barışıqdır və ona o cümlədən Rusiya tərəfi nəzarət edir. Lakin sabah bu barışıq pozulsa, onu necə bərpa etmək mümkün olacaq? Aviasiya, sadəcə, yoxdursa, onu necə havaya qaldırmaq olar?”

Ekspert diqqət yetirir ki, Suriyadan Rusiya qoşunlarının çıxarılması haqda qərar Donbasda münaqişənin güclənməsi anı ilə üst-üstə düşdü. Rusiya KİV-i Suriya mövzusundan rəvan şəkildə ayrıldı və yenidən Ukraynaya qayıdır.

Lukaşeviç düşünür: “Bu, nədənsə Əfqanıstanı yada salır. Biz orada da hamıya qalib gəldik. Lakin qoşunlarımız oradan çıxan kimi ətçəkən  maşın dərhal işə düşdü. Yaxud, məsələn, təsəvvür edin, sovet qoşunları 1945-ci ildə Berlini tutur, artıq sabahı gün isə evə qayıtmaq qərarı alınır. Qələbədən sonra geri qaçıb qalibin məhz sən olduğunun təsdiqi kimi hərbi qüvvə buraxmamaq təəccüblü görünür”.

 

Tərcümə Strateq.az-ındır

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Taleh Heydərov: “Bizim üçün prioritet məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır”

Next Post

Con Makkeyndən Rusiyanın qələbəsi ilə bağlı ilginc etiraf…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Con Makkeyndən Rusiyanın qələbəsi ilə bağlı ilginc etiraf...

İcra başçılarını bayramdan sonra gözləyən «fəlakət» - SİYAHI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.