"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Putinin ​Suriya ilə bağlı yeni manevri: Bəşşar Əsəd Kremldə – ŞƏRH

21 Oktyabr 2015 - 22:58
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Rusiya da Suriyadakı hava əməliyyatlarının xeyrinə olmadığını görməyə başlayıbSuriyadakı rejimin başçısı Bəşşar Əsəd ötən gecə Moskvada səfərdə olub.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmtri Peskov bildirib. Onun sözlərinə görə, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Bəşşar Əsəd arasında görüş keçirilib.

Görüşdə Rusiyanın Suriyada keçirdiyi hərbi əməliyyatların davam etdirilməsi müzakirə olunub.

D.Peskov deyib ki, danışıqlarda Rusiyanın yüksək vəzifəli rəsmiləri iştirak edib: “Danışıqlar kifayət qədər uzun sürüb. Müzakirə edilən mövzu isə tam aydındır”.

Görüşün təfərrüatları açıqlanmasa da, bir sıra mülahizələr irəli sürmək mümkündür. Əvvəlcə onu qeyd edək ki, Rusiyanın sentyabrın 30-dan bəri Suriyada keçirdiyi 500-ə yaxın hava əməliyyatının nəticələri haqda müxtəlif məlumatlar yayılıb.

Rəsmi Moskva İŞİD-in mövqelərini vurduğunu bildirsə də, ABŞ və onun müttəfiqləri Rusiyanın mötədil müxalifətin nəzarəti altında olan əraziləri bombaladığını iddia edir. Hətta rusların keçirdiyi 21 günlük əməliyyat nəticəsində 370 nəfərin, o cümlədən 120 dinc sakinin öldürüldüyü barədə xəbər yayılıb.

Bundan başqa, Kremlin istəyinə baxmayaraq, ABŞ Suriyadakı əməliyyatlarda Rusiya ilə əməkdaşlıq etməyəcəyini açıqlayıb.

ABŞ Dövlət Departamentinin rəsmisi Con Kirbi bildirib ki, Suriyanın hava məkanında uçuşların təhlükəsizliyinə dair memorandum Vaşinqtonla Moskva arasında fikir ayrılığını aradan qaldırmır. Onun sözlərinə görə, Pentaqonla Rusiyanın Müdafiə Nazirliyi arasında razılaşdırılan bu sənəd çox vacib addımdır, ancaq ABŞ-ın Suriya ilə bağlı narahatlığı qalmaqdadır. Çünkü rəsmi Vaşinqton hesab edir ki, Bəşşar Əsəd rejiminə verilən hərbi dəstək dayandırılmalıdır. C.Kirbi onu da qeyd edib ki, Bəşşar Əsədin legitimliyini itirməsi ilə bağlı ABŞ-ın mövqeyində dəyişiklik yoxdur.

Bununla belə, ABŞ rəsmiləri keçid dövründəki prosesdə Əsədin dolayısı ilə iştirakını istisna etmir.

O zaman belə bir sual yaranır: Moskvanın Suriyadakı əməliyyatları İŞİD-in vurulması ilə bağlı istənilən səmərəni verdimi? Türkiyə və Qərb mətbuatının yaydığı məlumatlara inansaq, bu suala müsbət cavab vermək mümkün deyil.

Qərb siyasətçiləri və rəsmiləri Suriya məsələsinin həlli prosesində bölgədəki dövlətlərin, o cümlədən Türkiyə və İranın yaxından iştirakını təklif edirlər.

Ötən gün ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Türkiyəyə səfəri də maraq doğurur. Onun Ankarada Suriya məsələsini müzakirə etdiyi istisna edilimir.

Türkiyə də digər müttəfiqləri kimi Suriyada qurulacaq hökumətdə Əsədin iştirakını istəmirdi. Ancaq rəsmi Ankaranın bu məsələdə mövqeyində dəyişiklik baş verib. Türkiyə “Əsədli keçid prosesinə hazırıq” açıqlamasını verməklə hadisələrin inkişafına təsir göstərib. Bu açıqlamadan sonra Bəşşar Əsəd Moskvada Rusiya prezidenti ilə görüşüb.

O zaman Suriyadakı rejimin başçısının Moskva səfərinin səbəb və nəticələri ilə bağlı aşağıdakı ehtimalları irəli sürmək olar:

– Tərəflər problemin güc vasitəsilə həllinin mümkünsüzlüyünü anlayırlar. Başqa sözlə, həm də Rusiyanın bölgədə mövcudluğunun Qərbə sərf etmədiyi təsdiqlənir. Rusiya da hava əməliyyatlarının xeyrinə olmadığını görməyə başlayıb. Bu əməliyyatlar Rusiyanın beynəlxalq nüfuzuna zərbə vurmağa başlayıb;

– Suriyanın ərazi bütövlüyünün toxunulmazlığı müzakirə edilib. Perspektivdə bu məsələnin qonşu dövlətlər və aparıcı güclər tərəfindən müzakirə ediləcəyi istisna olunmur;

– Bəşşar Əsədin keçid prosesində iştirakının təmin edilməsi reallaşa bilər;

– Vladimir Putin Əsədi Kremldə qəbul etməklə Rusiyanın bölgəyə təsir etmək imkanlarını göstərir və yeni manevrlərə hazırlaşır;

– Suriyanın beynəlxalq güclərin nüfuz dairəsinə bölünməsində Moskvanın maraqlarının təmin olunması və bu məsələdə Bəşşar Əsədin rolu;

– Putin-Əsəd görüşündə kürdlərə verilən vədlərin yerinə yetirilməsinin müzakirəsi.

Yeri gəlmişkən, terrorçu PKK-nın Suriyadakı qolu “PYD”nin lideri Selih Müslüm də Rusiyada səfərdədir. Onun iddiasına görə, “PYD”siz bu ölkədə İŞİD-i məhv etmək mümkün olmayacaq və Rusiya bu qruplaşma ilə birgə fəaliyyət göstərməlidir.

Digər tərəfdən isə Moskvanın Suriyadakı kürdlərə muxtariyyət vəd etdiyi barədə də məlumatlar yayılıb.

Beləliklə, Bəşşar Əsədin Moskva ziyarəti Suriyada yeni siyasi-hərbi vəziyyətin yarandığını, bunun ölkənin gələcəyinə təsirsiz ötüşməyəcəyini ehtimal etməyə imkan verir.

 share-block__img

Sədrəddin İsmayılov

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

GÖVHƏR BAXŞƏLİYEVA SEÇİCİLƏRLƏ GÖRÜŞLƏR KEÇİRİR

Next Post

Fəzail Ağamalının seçiciləri ilə görüşləri davam edir (FOTO)

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Fəzail Ağamalının seçiciləri ilə görüşləri davam edir (FOTO)

FHN-ə əlavə səlahiyyət verildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.