Cənubi Afrika hökuməti Putinin həbsinə order verilməsi üçün rəsmi müraciət edib.
Elchi.az BBC.com-a istinadən xəbər verir ki, Cənubi Afrika hökumətinin ana müxalifət partiyası “Demokratik Alyans” hökumətin onların tələbini yerinə yetirdiyini bəyan edir.
Partiya daha əvvəl məhkəməyə müraciət edərək hökumətin mart ayında Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi həbs qərarına əməl etməyə borclu olmasını tələb etmişdi.
Putin avqustda Yohannesburqda keçiriləcək BRİKS sammitinə dəvət olunub, lakin ölkə rəhbərliyi Rusiya prezidentini həbs etmək istəyinin olmadığını gizlətməyib.
Yeganə





