Rusiya liderinin 200 milyard dolları var
Dünyaya meydan oxuyan Rusiya prezidenti Vladimir Putinin 200 milyard dollar sərvəti var. ANS PRESS-in məlumatına görə, bu iddianı ortaya bir zamanlar Rusiyanın ən böyük xarici sərmayəçilərindən olan “Hedge fon”un idarə heyətinin rəhbəri Bill Brovder atıb.
CNN kanalında Ferid Zekariyanın suallarına cavab verən Brovder belə deyib. Onun fikrincə, Putin dünyanın ən zəngin insanıdır.
“Rusiyada 14 ildir iqtidardadır. Ölkə çox pul qazanıb. Bu pullar məktəblərə, yollara xərclənmədi. Hamısı İsveçrədəki bank hesablarındadır”.
Xatırladaq ki, dünyanın ən zəngin adamı “Microsoft”un qurucusu Bill Qeytsdir. Onun 79 milyard dolları var.
ANS PRESS



