"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Putinin müəmmalı qaz oyunu

08 Dekabr 2014 - 12:46
in İQTİSADİYYAT
img1697470Rusiya hakimiyyəti prezident Vladimir Putinin “Cənub axını” kəmərinin tikintisinin dayandırıldığı barədə Avrasiyanın enerji xəritəsini dəyişdirən sensasion qərarını icra etməyə tələsmir.
Virtualaz.org saytı xəbər verir ki, Rusiyanın Energetika Nazirliyindəki mənbə layihə iştirakçıları olan ölkələrlə ikitərəfli sazişlərin denonsasiyasına dair tapşırıq almayıblar. Həmçinin kəmərin tikintisində işlərin dayandırılmasına dair xəbərdarlığı ancaq boru kəmərinin tikintisində iştirak edən İtaliya podratçısı “Saipem” alıb. “Saipem” “Cənub axını” kəmərinin tikintisinə dair 2 milyard avroluq kontrakta malik idi.
Kəmərin dənizin dibindən keçən hissəsinin tikintisini həyata keçirən “South Stream Transport B.V.” konsorsiumunun təmsilçisi isə bildirib ki, şirkət “Saipem”lə müqavilə əsasında işləyən “Castro Sei” borudüzən gəmisinin işini dayandırıb. Hərçənd ki, həmin gəmi boruların düzülməsinə dair işlərə hələ başlamamışdı və hazırlıq işləri görürdü. Mənbə bildirib ki, layihədə başqa dəyişiklik yoxdur və hamı öz işi ilə məşğuldur.
“Qazprom” rəhbəri Aleksey Miller isə ötən həftə bildirmişdi ki, “Cənub axını”nın dayandırılmasına dair qərar prezident Vladimir Putinin Türkiyəyə səfəri zamanı qəbul edilib. Ancaq elə həmin gün də borudüzən gəmi boruların düzülməsi işlərinə başlamaq üçün Qara dənizə çıxıb. “Axı bu layihəni necə davam etdirmək olar ki, Bolqarıstan kəmərin öz ərazi sularından keçməsinə icazə verməyib və quruda tikinti dayandırılıb. Bu məsələnin Avropa İttifaqının üçüncü enerji paketinə heç bir dəxli yoxdur” –Miller bildirib.
Qeyd edək ki, bazar günü Rusiya prezidenti Vladimir Putin “Cənub axını”nın dayandırılması ilə bağlı Macarıstan və Serbiya baş nazirləri ilə telefon danışığı aparıb. Macarıstan baş naziri Viktor Orban bildirmişdi ki, Aİ-nin isterik siyasəti “Cənub axını”nın dayandırılmasına səbəb oldu və bundan ən çox ziyan çəkən Macarıstanla Serbiya olacaq.
Sabah dekabrın 9-da isə “Cənub axını”nın iştirakçısı olan ölkələr Rusiyanın iştirakı olmadan toplaşaraq qaz kəmərinin taleyini müzakirə edəcəklər. İştirakçı ölkələr arasında konsensus hələ mövcud deyil. Bolqarıstanın baş naziri Boyko Borisov Putinin kəmərin tikintisinin dayandırılmasından sonra tələsik Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşdüyü bildirilir. Yunker bildirib ki, layihənin bağlanmasına inanmır və Rusiya Bolqarıstanı şantaj edir. Borisov isə bildirib ki, hələ kəmərin tikintisinin dayandırılmasına dair Rusiyadan rəsmi xəbərdarlıq almayıb. O, hesab edir ki, “Cənub axını” reallaşa bilər, ancaq Aİ-nin üçüncü enerji paketi çərçivəsində.
Xatırladaq ki, Putinlə Ərdoğan “Cənub axını”nın istiqamətini Türkiyəyə dəyişdirməyi, Rusiyadan Qara dənizin dibindən keçməklə Türkiyəyə eyni gücdə yeni qaz kəməri çəkməyi və Yunanıstan üzərindən Avropaya yeni qaz nəqli marşrutu açmağı razılaşdırıblar. Bu marşrut Azərbaycan qazının Avropaya nəqli marşrutu ilə üst-üstə düşür.

 

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ombudsman: “Yeni ildə əfv gözləniləndir”

Next Post

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun dekabrda Bakıda keçiriləcək görüşü təxirə salınıb

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun dekabrda Bakıda keçiriləcək görüşü təxirə salınıb

Sərxoş sürücü yol polisinin gözü önündə içdi və kameraya hücum etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.