"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Putinin səfərində Krım və Qarabağ məsələsinə həssas yanaşma görmədik”

03 Dekabr 2014 - 17:28
in GÜNDƏM

img1527619 (1)Atilla Kaya: “Türkiyə-Ermənistan sərhədlərinin açılması Rusiyanın milli maraqlarına uyğun deyil”

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri və prezident Rəcəb Tayyib Ərdoğanla bir sıra anlaşmaları imzalaması rəsmi Moskvanı sanksiyalarla çökdürməyə çalışan dünya güclərində heyrət doğurdu. Bu mənada Türkiyənin ağır günlərini yaşayan Rusiyaya qucaq açması fərqli yorumlara səbəb olub. Azərbaycanda da maraqla izlənilən bu səfərə Türkiyənin millətçi kəsiminin münasibəti necədir? Türkiyə Böyük Millət Məclisinin MHP-li millət vəkili Atilla Kaya ilə bu barədə danışdıq.
– Putinin Rusiya səfərinə, anlaşmalara MHP-nin və şəxsən sizin mövqeyiniz necədir? 
– Səfərin məhz indiki dönəmdə həyata keçirilməsi diqqət çəkir. Səfər Rusiyanın Ukrayna hadisələri ilə əlaqədar Qərb və Amerika tərəfindən embarqolara məruz qalması, neftin qiymətinin və rus rublunun kursunun aşağı enməsi şəraitində reallaşıb. Üstəlik, son vaxtlar Türkiyənin həm ABŞ, həm də Avropa Birliyi ilə əlaqələrində bir sıra gərginliklərin yaşandığı dönəmdə Putinin ölkəmizə gəlməsi sözsüz ki, diqqət çəkir. Rusiya embarqolarla sıxışdırıldığı bir dönəmdə Türkiyədə çıxış yolu əldə edə bilər deyə Putinin səfəri önəm kəsb edir.
– Putinin səfəri daha çox Rusiyaya lazım idi, yoxsa Türkiyəyə? 
– Bu, Rusiyaya daha çox lazım idi. Dediyim kimi, neftin ucuzlaşması, embarqolar Rusiya iqtisadiyyatını çətin duruma salıb. Belə bir dönəmdə hər iki ölkə alternativsiz  olmadıqlarını, başqa seçim imkanlarının da olduğunu nümayiş etdirmələri baxımından önəmli bir ziyarət idi. Bunun iqtisadi əhəmiyyəti var. 100 milyard dollarlıq ticarət həcmi ilə bağlı mühüm proses gedir. Bununla bağlı olaraq Türkiyədə bir para bürokratik əngəllər vardı ki, Putinin gəlişi onların aradan qaldırılması iki ölkə arasındakı əlaqələr baxımından önəmlidir. Amma Suriya mövzusunda iki ölkənin baxışlarının və mövqeyinin fərqli olduğu ortaya çıxdı.

 “Böyük Millət Məclisində azərbaycanlı girovlar məsələsini gündəmə gətirəcəyik”

– Gözlənti vardı ki, Krımın ilhaqı, Krım türklərinin taleyi iki prezidentin əsas müzakirə mövzularından olacaq. Sizcə, prezident Ərdoğan Krım məsələsinə nə dərəcədə həssas yanaşdı?
– Türkiyənin Krım məsələsini gündəmə gətirib-gətirmədiyi ictimai rəyə bəlli olmadı, hər halda mətbuata çıxmadı. Amma Rusiyanın Krımı ilhaq etməsinə etiraz olaraq Putinin səfəri zamanı etiraz aksiyaları keçirildi. Bu səfərdə Krım məsələsində həssas yanaşma olmadı. Çünki həm mətbuata verilən açıqlamalarda,  həm də ikitərəfli görüşlərdə bu istiqamətdə yenilik duymadıq. Sadəcə, ictimai təşkilatların aksiyaları oldu. Ancaq yüksək səviyyədə Krım məsələsinə həssas münasibətin göstərildiyini zənn etmirəm.
– Azərbaycanda gözlənilən bu idi ki, Türkiyə prezidenti rusiyalı  həmkarına Qarabağın işğalına son verilməsi üçün zəruri addımların atılması barədə hansısa çağırışlar edəcək, Ankaranın Bakının yanında olduğunu bir daha bəyan edəcək. Bəs, bu mövzuda hansısa müzakirələr aparılmasından məlumatınız varmı? 
– Vallah o mövzuda da hansısa bilgiyə sahib deyilik. Lakin bildiyimiz budur ki, bu istiqamətdə də hər hansı bir yenilik olmadı. Hər halda danışıqlarda Türkiyə hökumətinin Qarabağ məsələsini gündəmə gətirdiyini müşahidə etmədik.
– Necə bilirsiniz, Putinin Ankara səfərindən sonra Türkiyənin Ermənistanla sərhəd qapılarını açması məsələsi aktuallığını saxlayacaqmı? 
– Burda əsas diqqət çəkən digər məsələdir. Putindən iki gün öncə katoliklərin lideri Roma Papası Türkiyəyə səfər etmişdi. O, təyyarədə sərhəd qapılarının açılması ilə bağlı açıqlama verdi. Bu mənada “Yeni Müsavat”a ötən müsahibəmdə dediyim kimi, 2015-ci ilin ilk aylarında Türkiyənin hərtərəfli basqılara məruz qalacağı anlaşılır. Bundan sonra hansı addımların atılacağını proqnozlaşdırmaq çətindir.
– Siz Rusiyanın Türkiyə-Ermənistan sərhəd qapılarının açılmasına maraqlı olmadığı barədə fikirləri bölüşürsünüzmü?
– Türkiyə-Ermənistan qapılarının açılmasını müdafiə edənlərin ən birinci arqumenti budur ki, – hətta Azərbaycanda da bu fikri dilə gətirənlər var – Türkiyə qapılarını ermənilərin üzünə açarsa, Ermənistan Rusiyanın təsirindən qurtarıb Türkiyə və Qərbin təsiri altına düşəcək. Belə bir düşüncə var. Bu yanaşmanın gerçəklərə nə dərəcədə uyğun olub-olmadığı ayrı məsələdir. Doğrusu, Rusiyanın da buna imkan verəcəyini zənn etmirəm. Türkiyə-Ermənistan sərhədlərinin açılması Rusiyanın milli maraqlarına uyğun da deyil.
– Atilla bəy, erməni işğalındakı Kəlbəcərə dədə-babasının məzarını ziyarətə gedən iki azərbaycanlı 5 aydır girov saxlanılır. Nədən Türkiyə hökuməti onların xilası üçün hərəkətə keçmir? MHP-nin bununla bağlı parlamentə, hökumətə çağırışı olacaqmı? 
– Ərdoğan hökumətinin təkcə Azərbaycanla bağlı deyil, həmçinin Türkiyənin içində də türk milli kimliyi ilə əlaqəli məsələlərə soyuq bir yanaşması var. Bu, onların ideoloji baxışından, münasibətindən gəlir. Amma biz Məclisdə azərbaycanlı girovlar məsələsini gündəmə gətirə bilərik.
– Böyük Millət Məclisinin toplantısı nə vaxt olacaq?
– Qarşıdakı iki həftə ərzində büdcə müzakirələri olacaq. Həmin müzakirələrdə bu məsələni dostlarla danışıb gündəmə gətirəcəyik.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Obama Konqresdən 6,2 mlrd. dollar istəyib

Next Post

Ukraynada Çernobıl ?

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Ukraynada Çernobıl ?

Rusiya çökür

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.