“Rusiya və Türkiyə liderləri arasında telefon danışığı avqustun 2-nə, çərşənbə günü planlaşdırılır”.
Elchi.az TASS.ru-ya istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Jurnalistlərin Putinin avqustda Türkiyəyə səfərinin tarixlərinin müəyyən edilib-edilməməsi ilə bağlı sualına Peskov mənfi cavab verib. Mətbuat katibi bildirib ki, Rusiya prezidentinin Ankaraya mümkün səfəri ilə bağlı heç nə dəyişməyib, xəbər yoxdur.
Yeganə





