Pxenyan getdikcə iqtisadi və siyasi gələcəyini Moskva və Pekinlə əlaqələndirir. Elchi.az Lent.ru-ya istinadən xəbər verir ki, bunu Şimali Koreyanın Böyük Britaniyadakı səfirinin keçmiş müavini, KXDR-dən qaçan Tae Yonq Ho deyib.
Keçmiş diplomat Pxenyana qarşı beynəlxalq sanksiyaların sərtləşdirilməsi nəticəsində yaranmış ola biləcək səfirliklərin bağlanması silsiləsini şərh edib. “Uqanda və Anqola kimi ölkələrdəki səfirliklər Şimali Koreyadan maliyyə baxımından faydalanıb və BMT sanksiyalarından yayınıblar. Lakin sanksiyaların sərtləşdirilməsi ilə onların Şimali Koreyadan maliyyə gəlirləri əldə etməsi çətinləşib”, – Thae bildirib.
Onun sözlərinə görə, Pxenyan bunun əvəzinə gözünü Moskva və Pekinə çevirib. “Şimali Koreya əvvəllər daha çox bloklaşmayan diplomatiya aparırdı, lakin indi Çin və Rusiyaya yönəlmiş diplomatiyaya doğru irəliləyir” – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Şimali Koreyanın İspaniya, Honq-Konq və bir neçə Afrika ölkəsi də daxil olmaqla, dünya üzrə ondan çox səfirliyini bağlayacağı məlum olub.
Havar Şəfiyeva






