23:10
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” səfərdə Macarıstanın MTK klubu ilə qarşılaşır.
Matçın 25-ci dəqiqəsində “Qəbələ” Kvekveskirinin qolu ilə hesabı açdı.
23:54
“Qəbələ” matçın 63-cü dəqiqəsində Filip Ozobiçin qolu ilə fərqi artırdı: 2-0.
23:57
MTK oyunun 70-ci dəqiqəsində Torqellenin qolu ilə fərqi azaltdı: 1-2.
00:19
“Qəbələ” Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə səfərdə Macarıstan komandası MTK-ya qalib gəldi: 2-1. Cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.
Qeyd edək ki, MTK – “Qəbələ” görüşünü canlı olaraq təqdim etdik.




