"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qənirə Paşayevadan Almaniya hökumətinə müraciət – FOTOLAR

24 Fevral 2015 - 18:04
in MANŞET

Millət vəkili Qənirə Paşayeva Berlində Almaniya dövlətinə səslənib: “Qarabağ münaqişəsinin həllində səylərinizi img1753244artırın”

Millət vəkili Qənirə Paşayeva Almaniyanın Paytaxtı Berlin şəhərində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Atatürkcü Düşüncə Dərnəyi, Türk Gənclik Birliyinin təşkilatçılığı ilə Xocalı Soyqırımının  23-ildönümü ilə bağlı  keçirilən tədbir zamanı Ermənistanın apardığı etnik təmizləmə siyasəti, Dağlıq Qarabağ probleminin tarixi kökləri və bu günkü vəziyyət, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib. O, bildirib ki, 20 ildən artıq vaxt keçməsinə baxmayaraq  bu günə qədər  ATƏT-in  Minsk  qrupu həmsədrləri münaqişənin həlli istiqamətində heç bir ciddi addım atmayıblar.  İşğalçı Emənistana bunun üçün heç bir təzyiq göstərmirlər. 22 ildən çoxdur ki, 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə qayıda bilmirlər və bu, Avropa məkanında davam edən ən böyük insan haqları pozuntusudur.
Xocalı Soyqırımından geniş danışan millət vəkili Almaniya dövlətini və xalqını  bu insanlıq əleyhinə cinayətı törədənlərin ədalət qarşısında cavab verməsi üçün səyləri artırmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva çıxışında deyib: “Hansı dövlətin ərazisində baş verməsindən asılı olmayaraq  terrora qarşı, soyqırıma və qətliama qarşı eyni mövqe sərgilənməlidir.  Ermənistanın Xocalıda törətdiyi soyqırımın, qətliamın 23 ili tamam olur. Yüzlərlə dinc insan, uşaqlar, qadınlar amansızlıqla qətlə yetirildilər, yüzlərlə insan ağır yaralandı, onlarla insan girov götürülərək işgəncələrə məruz qoyuldu  amma təəssüf ki, biz  Avropalı siyasətçi həmkarlarımızın, liderlərin bir çoxundan, hətta bu gün də bunu pisləyən, etirazını bildirən açıqlamalar eşitməmişik. Bu cinayəti törədənlər hələ də Ermənistanda rahatlıqla gəzirlər və ədalət qarşısıda cavab verməyiblər. Ailəsi soyqırıma məruz qalmış insanlar  etnik kökənindən, milli kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olan hər kəsi, Almaniya dövləti və xalqını  bu soyqırımı pisləməyə və bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verib layiq olduqları cəzanı almaları istiqamətində səylərinizi artırmağa çağırır. Biz harada baş verməsindən asılı olmayaraq günahsız insanları qətlə yetirənlərin ədalət qarşısında cavab vermələri üçün bərabər çalışmalıyıq. insanlığın yanında olan hər kəs Xocalıya Ədalət deyənlərə dəstək verməlidir“. Almanıyanın dünyada ən böyük türk diasporunun  olduğu ölkələrdən biri olduğunu xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva tədbirdə iştirak edən Azərbaycan və Türk diaspor təşkilatları rəsmiləri və üzvlərinə də səslənib.  Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. O, bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının  alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.
“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib.  Tədbirin sonunda millət vəkili tədbir iştirakçılarına  Qarabağ, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı kitablar, materiallar hədiyyə edib.




Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Porno-kaset qalmaqalı

Next Post

Laçınlılar icra başçısına üsyan etdilər- VİDEO

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Laçınlılar icra başçısına üsyan etdilər- VİDEO

İmişlidə Şəhidlərin ruhunu narahat edirlər...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.