Rusiya prezidenti Vladimir Putin hesab edir ki, həqiqət yalana və təbliğata qarşı ən kəskin silahdır.
“Qərb həqiqətdən qorxur, ona görə də Rusiya mediasına mane olur”.
Elchi.az Smotrim.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Vladimir Putin ANO-nun Müşahidə Şurasının “Rusiya – fürsətlər ölkəsi” iclasında deyib.
Putin xüsusilə RT ilə bağlı vəziyyətə diqqət çəkib. Onun sözlərinə görə, Qərbi bu KİV-i bağlamağa vadar edən həqiqətdir.
Vladimir Putin qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, Rusiyanın çoxlu Qərb dostları var. Onlar öz stereotiplərini tətbiq edərək, müstəqil düşünməyə imkan vermirlər.
Həmçinin Putin hesab edir ki, Qərbdə hakim elita öz vəzifələrindən və hakimiyyət üzərində monopoliyadan sui-istifadə edib. Onların apardıqları siyasət yanlışdır və öz xalqına ziyan vurur.
Xatırladaq ki, bundan əvvəl “Sky News” kanalının britaniyalı hərbi müşahidəçisi Şon Bel bildirib ki, Qərbdə həqiqətlər və pərdəarxası fikirlər ortaya çıxmağa başlayıb.
Yeganə





