"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qərb İrəvanda Rusiyaya qarşı bu cür işləyir – Boşyan

20 Aprel 2023 - 10:31
in XƏBƏR LENTİ

Qərb strukturları son 15 ildə Ermənistanın siyasi maraqlarına və onun dəyərlər sisteminə faktiki olaraq qarşı çıxan qondarma “fəallarla” fəal işləyir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elchi.az xəbər verir ki, bu sözləri rus mediasına açıqlamasında İrəvan Geosiyasi Klubunun rəhbəri Arman Boşyan deyib.

O bildirib ki, Qərbin yüksək rütbəli məmurlarının Ermənistana səfərləri İrəvanın Rusiya ilə münasibətlərdə mövqeyinin korreksiyası, informasiya sahəsinə nəzarətin qurulması və Rusiyaya qarşı olan ictimai təşkilatların maliyyələşdirilməsinə dair sazişlərin bağlanması məqsədilə xarici xüsusi xidmət orqanlarının ölkəmizdə aktivləşməsi kontekstində nəzərdən keçirilməlidir.

Politoloqun fikrincə, Cənubi Qafqazda təsir imkanlarını artırmaq üçün “Qərb layihəsi” ilk növbədə Azərbaycanın enerji resurslarına nəzarəti əhatə edir. Öz növbəsində regionda artan təsir Ermənistanda vətəndaş cəmiyyəti üzərində Qərbin nəzarətini nəzərdə tutur:

“Unutmamalıyıq ki, bu cür məmurların səfərləri (ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olsonun İrəvana səfəri və Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, parlamentin vitse-spikeri Ruben Rubinyan və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü nəzərdə tutulur – red.) və qondarma vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər, ilk növbədə, xarici kəşfiyyat xidmətlərinin mexanizmlərindən biridir. Bu, Ermənistanda Qərbin istəyinə uyğun əhval-ruhiyyə yaratmaq üçün ictimai rəyə təsir mexanizmidir. Bu mexanizm artıq 2018-ci ildə işlənib. Bu dəfə də Ermənistan ərazilərini itirəndə, o cümlədən sərhədlərin delimitasiyası zamanı anklavlar yaranarsa, bundan istifadə olunacaq və bu, baş nazirin son bəyanatından da göründüyü kimi, realdır”.

Boşyanın sözlərinə görə, erməni informasiya məkanı antirusiya elementləri ilə doludur və Olsonun səfərindən sonra onların sayı daha da artacaq.

O, Paşinyan da daxil olmaqla, bir sıra yüksək vəzifəli şəxslərin Rusiyaya qarşı mənfi mövqe tutduğunu da xatırladıb:

“Ermənistan açıq şəkildə Rusiya ilə müttəfiqlikdən uzaqlaşmaq üçün addımlar atır. Hökumət rəsmilərinin açıqlamaları da bunu göstərir”.

O hesab edir ki, ABŞ Dövlət katibinin köməkçisinin müavininin səfərindən sonra Ermənistanın paralel idxalda iştirakı və Qərbin sanksiyalarından yan keçməkdə Rusiyaya yardımı mövzusu informasiya məkanına atılacaq:

“Ermənistan Rusiya üçün bəzi kanalları bağlamağa başlayacaq ki, bu da bizim enerji və iqtisadi təhlükəsizliyimizə son dərəcə mənfi təsir göstərəcək. Mən bu prosesləri Ermənistan, İran və Rusiyanın maraqlarına zidd hesab edirəm”.

Politoloq onu da qeyd edib ki, Qərb strukturları son 15 ildə “fəallar” adlanan, faktiki olaraq Ermənistanın siyasi maraqlarına və onun dəyərlər sisteminə qarşı çıxan və bunun müqabilində pul alan şəxslərlə fəal işləyir:

“Ölkələrinə nifrət etmək üçün demokratiya adı ilə pul alırlar. Bütün bu vətəndaş cəmiyyəti qüvvələri əslində Rusiyaya qarşıdır. “Qarabağ məsələsi”ni gündəmdən çıxarmaq üçün ictimai tələb formalaşdırmaq üzərində işləyirlər. Yəni orada Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması yolu ilə sülhə doğru irəliləmək mövzusu irəli sürülür. Əslində bu, sülhə gətirib çıxarmayacaq, amma xalqı bir müddət sakitləşdirəcək”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukrayna bu tarixdə Moskvaya zərbə endirə bilər – Svitan

Next Post

Rusiyaya göstərmək lazımdır ki, biz buradayıq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Rusiyaya göstərmək lazımdır ki, biz buradayıq

Rusiyaya göstərmək lazımdır ki, biz buradayıq

Putin erməni admiralı vəzifəsindən azad etdi

Putin erməni admiralı vəzifəsindən azad etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.