"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qərb mediası Vardanyandan nələr yazır?

09 İyun 2023 - 23:39
in XƏBƏR LENTİ

Bu günlərdə Ruben Vardanyan bir daha Qarabağ ermənilərini Azərbaycana qarşı silahlı mübarizəyə səslədi. Bu çağırış narahatlıqla qarşılandı. Bolqarıstanın “sofiaglobe.com” saytı bu məsələ ilə bağlı Qərb mətbuatında gedən bəzi fikirlərə diqqət çəkib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elchi.az xəbər verir ki, həmin saytın “Qərb Putinin Qafqazdakı əsas müttəfiqlərinə niyə sanksiya tətbiq etmir?” (Why is the West not sanctioning Putin’s key allies in the Caucasus?) adlı məqaləsini Avropada yaşayan jurnalist Elbəyi Həsənli təqdim edib:

“Avropa və beynəlxalq media rusiyalı milyarder Ruben Vardanyanın niyə Qarabağa rəhbər təyin edildiyini, onun nə üçün Kreml tərəfindən himayə olunmasını, eləcə də Azərbaycanla Ermənistan arasında münaqişə ilə bağlı danışıqlar prosesini pozmağın nə üçün ona həvalə edilməsinin səbəblərini aydınlaşdırmağa çalışır.

“Taunhall” jurnalı yazır ki, Vardanyan… Moskvanın xarici siyasətinin davamı olub və indi də olmaqdadır.

“Vardanyanın strategiyası təkcə etnik nifrətin qızışdırılmasına və Rusiyanın Ermənistan üzərində nəzarətinin bərpasına deyil, həm də Xəzər hövzəsindən Avropaya enerji təchizatının dayandırılmasına yönəlib”, “Vaşinqton Tayms” belə yazır.

“Hill”: “Vardanyan Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının legitimliyini pozmağa çalışır və Rusiyanın əsas “vasitəçi” rolunu qorumaq üçün ermənilərlə azərbaycanlılar arasında münaqişələri qızışdırır”.

Kanadanın “Geopolitical Monitor” analitik jurnalı yazır ki, Kreml Vardanyanı Avropa Birliyinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini imzalamağa nail olacağı qorxusuna görə Qarabağa göndərib.

“Politico”: “Vardanyan öz təsir imkanlarından istifadə edərək Qarabağın erməni icmasının ictimai rəyini dünyaya qarşı yönəltməyə çalışır”.

“Vardanyanın Kremlin adamı olduğuna heç bir şübhə olmamalıdır”, – “Politico” bildirib.

“Əl Cəzirə”nin məlumatına görə, “…Vardanyanın Qarabağda görünməsi Rusiyanın Ermənistan-Azərbaycan sülh sazişi üzrə danışıqları sabotaj etmək üçün təşkil edilmiş planının bir hissəsidir… Vardanyan davamlı şəkildə Qarabağda rus sülhməramlıların müdafiəsi ilə məşğuldur”.

Vardanyanın “Troyka Dialoq” şirkəti OCCRP və Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən aparılan araşdırmalarla məşhurlaşıb. Vardanyanın ofşor şəbəkələrin yaradılmasındakı rolu da bu araşdırmalarla üzə çıxıb.

“Rusiyanın ən varlı adamlarından biri olan Vardanyan Putinə yaxındır… O, ofşor şirkətlər vasitəsilə çirkli pulların yuyulmasında və Putinin nüfuzlu dostlarına pul köçürməsində ittiham olunur”, – “Vaşinqton Tayms” yazır. Qəzet bildirir ki, onun Ukraynanın müntəzəm atəşə tutulmasında Moskvaya dəstək verən Tehranla da əlaqələri var: “Vardanyanın İranla əlaqələrini Qorçakov Fondu (Dmitri Medvedyev Rusiya prezidenti olarkən bu fondu yaradıb) vasitəsilə izləmək olar. Bu fond müxtəlif ölkələrdə, o cümlədən Ermənistanda da müxtəlif tədbirlər təşkil edir. Hökumət tərəfindən təsdiqlənmiş həmin tədbirlərdə Tehrandan olan natiqlər də iştirak edir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Laçın yeni inkişaf mərhələsinə qədəm qoyur – PA rəsmisi

Next Post

Putin nüvə kartını yenə xatırlatdı – VİDEO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Putin nüvə kartını yenə xatırlatdı – VİDEO

Putin nüvə kartını yenə xatırlatdı - VİDEO

Əsirlikdə olan hərbçimizin həbs müddəti uzadıldı

Əsirlikdə olan hərbçimizin həbs müddəti uzadıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.