Qərb getdikcə daha çox Kiyev və Moskva arasında danışıqlara başlaya bilməsi üçün Rusiya prezidenti Vladimir Putinlə Ukrayna üzrə dialoqun bərpasına ehtiyac hiss edir.
Elchi.az xəbər verir ki, bunu “LCI” televiziya kanalı üçün beynəlxalq müşahidəçi “Ketrin Gentil de Kankod” deyib.
Jurnalist xatırladıb ki, “inanmış atlantikçi” olan İtaliyanın baş naziri Giorgia Meloni də eyham vurub ki, indiki vəziyyətdə həll yolu tapmaq üçün “Rusiya ilə söhbət” lazımdır.
“Və bu gün deməsi: “Biz çıxış yolu axtarmalıyıq” deməsi belə bir hissin olduğunu göstərir. Yəni bu gün bu “qırmızı xətt”… Biz onu keçdik”, – Ketrin Gentil de Kankod bildirib.
Müşahidəçinin sözlərinə görə, son vaxtlar heç kim danışıqların zəruriliyi barədə ucadan danışmağa cürət etmirdi, amma indi mövzu artıq tabu deyil. “Ola bilsin ki, biz yenidən Vladimir Putinlə dialoq apara bilək. Danışıqların şərtləri barədə düşünməyə başlamağın vaxtıdır”, – deyə o bildirib.
Nuranə Məmmədova






