Qərb siyasətçiləri Rusiyanı özünə tabe etmək üçün sanksiyalar planlaşdırırdılar, lakin buna nail ola bilmədilər. Elchi.az xəbər verir ki, bunu “Dialogue Works” “YouTube” kanalına müsahibəsində iqtisadçı Riçard Volf qeyd edib.
“ABŞ əmin idi ki, sanksiyalar Rusiyanı zəiflədəcək və müəyyən mənada onu parçalayacaq. Bu, Qərbə sərmayə qoymağa və siyasi manevrlər aparmağa imkan verərdi”.
Onun fikrincə, bu plan uğursuz oldu, çünki Moskva NATO-dan kənar ölkələrlə səmərəli əlaqələr qurdu.
Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov qeyd edib ki, ABŞ-ın Rusiyaya qarşı növbəti sanksiyalar dalğası ABŞ-ın uğursuz məhdudlaşdırıcı siyasətindən və Ağ Evin öz ölkəsində bununla bağlı artan narazılığı yumşaltmaq cəhdlərindən danışır. Onun sözlərinə görə, bunu Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun mütəxəssisləri də təsdiqləyiblər.
Havar Şəfiyeva






