"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qərbdən gələn pullar, mühacir biznesi – Əli Kərimlini ifşa edən faktlar açıqlandı

23 Aprel 2017 - 20:30
in MANŞET

“Cəsarətləri çatıb mənə satqın deyə bilmədilər”

AXCP sədrliyinə sabiq namizəd Sahib Kərimli AzVision.az-a müsahibəsində Əli Kərimli ilə bağlı ifşaedici faktlar açıqlayıb. O, AXCP-dəki mühacir biznesi, Qərbdən gələn qrantların Əli Kərimli tərəfindən necə talannasından danışıb.

– Hazırda müxalifət düşərgədə vəziyyət necədir?

– Azərbaycan müxalifəti 23 ildir ki, durmadan siyasi məğlubiyyətə uğrayır. Vaxtilə müxalifətinin ciddi potensialı vardı. Sadəcə müxalifətin qabiliyyəti və bacarığı çatmadı ki, əlində olan bu resurslardan istifadə etsin.

Bundan başqa Qərbdən müxalifətə və QHT-lərə böyük qrantlar ayrılırdı. Bu vəsaitlər korrupsiyaya uğradı. Ona görə də Qərb müxalifəti dəstəkləməkdən vaz keçdi. Çünki, müxalifətin cazibədarlığı, potensialı, səviyyəsi yoxdur. Müsavat, AXCP və Milli Şura kimi adlar altında fəaliyyət göstərən təşkilatlar cəmiyyətdə legitimlik qazanıbsa, müxalifətin bir çatı altına toplanmasında onlar məsuliyyət daşıyır. Müxalifət liderləri isə korrupsiyaya düçar olublar.

-AXCP-dən çıxarılmağınıza səbəb nə idi?

-AXCP-də alternativ baxış ortaya qoydum. Ancaq, bu demokratiya dəyərləri tapdanaraq süngü ilə qarşılandı. Doğru bildiyim yolda irəliləyirəm.

– AXCP-də belə bir tendansiya var: kim həmin partiyanı tərk edirsə ona mütləq satqın damğası vurulur. Bu yanaşma nədən qaynaqlanır?

– Absurd yanaşmadır. Məgər müxalif partiyalardan gedənlər satqındır? Xeyr. Nəyi nəyə satırlar? Mən inandığımı hər zaman söyləmişəm. Heç kimdən çəkinəcəyim yoxdur.

– Sizi də satqın adlandırırlar?

– Uzun illər siyasətlə məşğul olan əqidə dostlarım təsdiqləyə bilər ki, partiyanın heç bir intellektual kəsimi, partiya rəhbərliyi mənim adıma satqın yazdıra bilməyib. Hətta, tənqidi status belə yazdıra bilmədilər. Kim deyir mənə satqın? Sırağagün, dünən partiyaya gəliblər, düşüblər müəyyən adamların təsiri altına. Buradakı oyunlardan, proseslərdən xəbərləri yoxdur. Bu adamlara deyirlər ki, Sahib Kərimliyə satqın deyin. Onlar da rahat şəkildə deyirlər. Konkret mənlə bağlı məsələdə bir neçə istisnalar var. Yəni, kimlərsə, mənim haqqımda bu şəkildə ifadə işlədə bilərlər. Ancaq, onlar artıq sıradan çıxıb. Cəsarətləri çatıb mənə satqın deyə bilməzlər. İnsan cəmiyyətdə fərd, şəxsiyyət olaraq necədirsə, siyasətçi olaraq da elədir.

– Əli Kərimliyə qarşı çxmanıza səbəb nə idi?

-Mən haqqı deyirəm, yalanları qəbul etmirəm. Bu gün mən istəsəm orta məktəbdə oxuduğum sinif yoldaşlarımı başıma yığaram və onlar mənim haqqımda rəy bildirərlər. Onlar 15 il qabaq durmadan mənə deyirlər ki, partiyanı istismar edirlər. O zaman deyirdim ki, belə şeylər olmaz. Bu gün kifayət qədər reytinqim var. Kiminsə təsiri altına düşmürəm, çirkin oyunlarda iştira etmirəm.

AXCP ictimai mülkiyyətdir və Əli Kərimli ona sahiblənə bilməz. Əli Kərimli bu resursu cəmiyyətə fayda vermək üçün yox, şəxsi məqsədləri üçün istifadə edir. Əli Kərimli tezliklə partiya sədrliyindən getməlidir.

– Əli Kərimlinin partiyadan gedənləri müxtəlif yollarla, məsələn videogörüntülərlə şantaj etdiyi deyilir.

– Bəli, belə fikirlər səsləndirilib. Konkret əlimizə real bilgilər daxil olacaqsa, münasibət bildirəcəyik. Mənə qarşı şantaja əl atmayıb.

– Çoxları belə düşünür ki, Kərimli üçün mitinq keçirmək QHT layihəsi kimi bir şeydir. Yəni əsas məsələ mitinq keçirmək yox, bu yolla pul əldə etməkdir. Bu fikirlərlə razısınızmı?

– Bu məsələdə ciddi oyunbazlıqlar var. AXCP və Milli Şura cəmiyyətdəki bütün resurslara satqın deyərək, ancaq fərdi resurslarını səfərbər edərək mitinq təşkil edir. Sonra isə bu mitinqə dəstək tələb edir. Bu şəkildə cəmiyyətdən dəstək almaq olmaz. Ona görə də mitinq təşkil etməkdə müəyyən maraqlar var. Bu, danılmazdır.

-Son günlər mühacir biznesi yenidən gündəmə gəlib. AXCP-də partiya biletini pulla satanlar kimlərdir?

-Dəfələrlə insanlardan müraciətlər, xahişlər olub ki, mühacirətə getməsi üçün ona partiya bileti verilsin. Bu məsələlərdən mən uzaq olmuşam. Yenə deyirəm, çirkin oyunların iştirakçısı olmamışam.

Məndə məlumat var ki, sonuncu mitinqə şəkil çəkdirib mühacirətə getmək istəyən çoxlu sayda insan gəlib. Biz onları çıxsaq məlum olur ki, mitinqə çox az sayda adam qatılıb. Yəni, demək olar ki, ictimai sektor orada olmayıb. Bu isə o deməkdir ki, Milli Şura və AXCP cəmiyyət dəstəyindən məhrumdur. Bunun başlıca səbəbi özünü lider adlandıran şəxslərdir. Onlar nə qədər ki, müxalifətdən getməyiblər, birlikdən, gücdən danışmaq olmaz.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İstirahət günü yağış yağacaq – Güclü külək əsəcək

Next Post

Bakıda bina yandı – 40 nəfər təxliyyə edildi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Bakıda bina yandı - 40 nəfər təxliyyə edildi

Ən yaxın dostuna aşiq olanlara - 8 məsləhət

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.