"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qərbi Azərbaycan İcması Amasiya rayon təşkilatının növbəti yığıncağı keçirildi – FOTO

10 İyul 2023 - 10:41
in GÜNDƏM

Qərbi Azərbaycan İcması Amasiya rayon təşkilatının növbəti yığıncağı keçirilib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, iclasda Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov,​ İcmanın Amasiya rayonu üzrə kuratoru Ələsgər Məmmədov, İcmanın rəhbər orqanlarında təmsil olunan Amasiya əsilli ziyalılar, rayonun alimləri, kənd icmalarının fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov rayon icmasının sədri kimi ona göstərilən etimada görə QAİ rəhbərliyinə və həmyerlilərinə öz təşəkkürünü bildirib. Qərbi Azərbaycan İcmasının yaradılmasını Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm tarixi hadisə kimi dəyərləndirərək tarixi torpaqlarımıza qayıdış uğrunda mübarizəyə verdiyi böyük dəstəyə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə bütün amasiyalılar adından öz dərin təşəkkürünü bildirib.​ O, Qərbi azərbaycanlıların ümummilli lider Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə daim dəstək olduqlarını qeyd edərək dövlət başçısının Qərbi Azərbaycanla bağlı siyasətinin bu bölgədən olan insanların üzərinə böyük məsuliyyət və vəzifə qoyduğunu, Amasiya rayonu və onun 22 kəndinin hər birinin bu vəzifələrin yerinə yetirilməsi üçün öz bacarıq və imkanlarından istifadə edəcəklərinə inamını ifadə edib. Abel Məhərrəmov, eyni zamanda, Amasiya rayon icmasının bu istiqamətdəki fəaliyyətindən, nəzərdə tutulan işlərdən də söz açıb.

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək QAİ-nin keçdiyi yol və qarşısında duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib. İcmanın təşkilatlanmasında Amasiya rayon icma nümayəndələrinin fəallığını yüksək qiymətləndirərək, bu fəallığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib. Əziz Ələkbərli İcmanın qarşısında duran vəzifələrin təməlinin Ulu Öndər tərəfindən qoyulduğunu və cənab Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirildiyini qeyd edərək tədbir iştirakçılarına bir daha xatırladıb ki, onların öz ata-baba torpaqlarına mütləq qayıdacağına heç bir şübhə yoxdur, çünki bu qayıdışın anonsu sıradan bir Prezident yox, “sözümüz imzamızdır” deyən və dediyini dünyanın gözü qarşısında 44 gün ərzində, ildırım sürətilə həyata keçirən Müzəffər Ali Baş Komandan tərəfindən verilib. Buna görə də bu gün hamı bu ideya və onun gerçəkləşməsi yolunda bir nəfər kimi birləşməli və var gücü ilə çalışmalıdır.
​
Tədbirdə tanınmış jurnalist Səyyad Ağbabalı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, o cümlədən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və başqaları çıxış edərək öz fikirlərini bildirib, tövsiyələrini səsləndiriblər.
​
Görüşdə “Ağbaba-Şörəyel ll Dünya savaşında: həlak olanlar və itkin düşənlər” kitabının nəşri ilə bağlı tədqiqatçı Lütfi Kələşlinin çıxışı dinlənilib.

​Sonra Amasiya rayon icmasının strukturu və İdarə Heyəti formalaşdırılıb, rayonun 22 kəndi üzrə icra nümayəndələri və müavinlər seçilib.

​Yaxın bir həftə ərzində Qərbi Azərbaycanın Amasiya rayonunun kənd icmaları sədrlərinin siyahısının təsdiq olunması üçün QAİ İdarə Heyətinə təqdim olunması qərara alınıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

NATO Vilnüs sammitində mühüm qərarlar qəbul edəcək

Next Post

İmtahansız qəbul olunan abituriyentlərin qeydiyyatı başladı

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
İmtahansız qəbul olunan abituriyentlərin qeydiyyatı başladı

İmtahansız qəbul olunan abituriyentlərin qeydiyyatı başladı

Ankarada İŞİD terror təşkilatına qarşı əməliyyat

Ankarada İŞİD terror təşkilatına qarşı əməliyyat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.