"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qərbi Azərbaycan İcmasından Nikolun saxta iddialarına cavab

07 Avqust 2023 - 10:40
in SİYASƏT

Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az bəyanatın mətnini təqdim edir:

“Biz, Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən və onların geri qayıtmaq hüququnu müdafiə edən bir təşkilat olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanın növbəti dəfə səsləndirdiyi saxta iddiaları qətiyyətlə pisləyirik. Belə ki, baş nazir Paşinyanın 25 iyul 2023-cü il tarixli mətbuat konfransının bir neçə gün əvvəl dərc olunmuş video yazısından məlum olduğu kimi, o, azərbaycanlıların Ermənistanı “könüllü tərk etməsi” və onlara “təzminat ödənilməsi” ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddialar ilə çıxış edib. Əvvəla, qeyd edilməlidir ki, təzminat qanunsuz aktın törədilməsi və itkilərin baş vermiş olmasının etirafı mənasına gəlir ki, bu da könüllü tərk etmə iddiası ilə ziddiyyət təşkil edir. Əgər insanların kütləvi şəkildə köç etməsi həqiqətən könüllü olubsa, onda onlara niyə təzminat təklif edilib? İkincisi, biz Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququndan imtina etmələri müqabilində hər hansı formada təzminat aldıqları barədə iddianı qəti şəkildə təkzib edirik.

Zorla qovulma nəticəsində böyük əziyyət çəkmiş icma olaraq biz Ermənistandakı dədə-baba torpaqlarımıza qayıtmaq hüququmuzun təmin edilməsi tələbimizdə qətiyyətlə dayanırıq.

Ermənistanın baş nazirinin iddiaları onun həqiqəti təhrif etmək və icmamıza qarşı törədilmiş haqsızlıqlara görə məsuliyyətdən yayınmaq üçün növbəti cəhdidir. Ermənistan hökumətinin əsassız iddiaları qovulmuş azərbaycanlıların iztirablarını daha da artırır, sülh və barışığa gedən yolu çətinləşdirir. Ermənistan hökumətinin qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmaq kimi hamılıqla qəbul olunmuş hüququnun həyata keçirilməsinə imkan verməkdən imtina etməsi bu dövlətin guya demokratik dəyərlərə bağlı olması və insan hüquqlarına hörmət etməsi ilə bağlı iddialarında nə dərəcədə qeyri-səmimi olduğunu ortaya qoyur. Ermənistanın hüquqlarımızı təmin etməkdən imtina etməsi onun azərbaycanlılara qarşı nifrət əsasında etnik ayrı-seçkilik etməsini və “milli azlıq yoxdursa, problem yoxdur” siyasəti yürütməsini birmənalı şəkildə sübut edir.

Biz Ermənistanı 2020-ci ildə münaqişə başa çatdıqdan sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə təhlükəsiz şəkildə qayıtmasına imkan vermiş Azərbaycan tərəfindən nümunə götürməyə çağırırıq. Ermənistan insan hüquqlarına və beynəlxalq hüquqa eyni səviyyədə hörmət nümayiş etdirməli və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququnu təmin etməlidir.

Biz Ermənistan hökumətindən yalan iddialar yaymağı dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların legitim narahatlıqları ilə bağlı İcmamız ilə substantiv dialoqa başlamağı tələb edirik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda bütün siqaretlər bahalaşdı

Next Post

Ronaldo Bakıya gəlir

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Ronaldo Bakıya gəlir

Ronaldo Bakıya gəlir

Rusiyada adət-ənənələrin federal reyestri yaradılacaq

Rusiyada adət-ənənələrin federal reyestri yaradılacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.