“Qərbin reaksiyası Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi planlarına təsir etməyəcək”.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Qərbin belə cavabı, şübhəsiz ki, Rusiyanın planlarına təsir edə bilməz. Buna əlavə ediləcək heç nə yoxdur”, – deyə Peskov bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiya öz taktiki nüvə silahlarını Belarus tərəfinin tələbi ilə ABŞ-ın uzun müddətdir müttəfiqlərinin ərazisində yerləşdirdiyi kimi Belarusda yerləşdirəcək. Onun sözlərinə görə, Moskva artıq Minskə nüvə silahı daşıya bilən “İsgəndər” kompleksini verib, iyulun 1-də respublika ərazisində taktiki nüvə silahları üçün anbarın tikintisi başa çatacaq.
Putin qeyd edib ki, Belarus prezidenti Aleksandr Lukaşenko uzun müddətdir ki, Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi məsələsini qaldırıb. Rusiya rəhbəri vurğulayıb ki, Belarusla saziş nüvə silahının yayılmaması ilə bağlı beynəlxalq öhdəlikləri pozmur.
Yeganə





