Rusiya iqtisadiyyatı dünya tarixində görünməmiş sanksiyalara baxmayaraq, sabitlik və artım nümayiş etdirir. Elchi.az xəbər verir ki, Qərbin məhdudiyyətlərinin nəticələrini Rusiya Federasiyasının Almaniyadakı səfiri Sergey Neçayev Lente.ru-ya müsahibəsində belə qiymətləndirib.
Bununla yanaşı, Almaniya, əksinə, böyük itkilər verib deyə diplomat vurğulayıb. O qeyd edib ki, alman ekspertlərinin fikrincə, Almaniya iqtisadiyyatı texniki tənəzzül mərhələsinə qədəm qoyub. “Dövlət borcu artır, yüksək inflyasiya davam edir, müəssisələr müflis olur, sənaye istehsalı xaricə gedir, əhalinin real gəlirləri aşağı düşür”, – deyə Neçayev bildirib.
Onun sözlərinə görə, Almaniya hakimiyyəti bununla belə, dağıdıcı anti-Rusiya münasibətlərindən, eləcə də iqtisadiyyatın yaşıl keçid planlarından əl çəkmək niyyətində deyil.
Havar Şəfiyeva






