"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Qərblə Rusiya arasındakı ziddiyyət Qarabağda konfliktin alovlanmasına şərait yaradır”

26 Noyabr 2014 - 17:01
in SİYASƏT MANŞET
“Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması bu Birliyi MDB-yə çevirəcək”3aa58a02704e483ce40e09fbb425910b

“Qərblə Rusiya arasında hökm sürən ziddiyyət və gərginlik Dağlıq Qarabağda konfliktin yenidən alovlanmasına şərait yaradır. Ən qorxulusu da elə budur”.

Bunu da oxuyun

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

 

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, tanınmış siyasi ekspert Sergey Markedonov deyib.

 

Onun sözlərinə görə, Qərblə Rusiya arasında münasibətlər son 25 ildə ən gərgin dövrünü yaşayır: “Heç 2008-ci ilin avqustunda Gürcüstanda baş verən müharibə zaman Qərblə Rusiya arasında belə gərginlik yaşanmamışdı. Nəzərə alsaq ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə uzun illərdir, ATƏT-in Minsk qrupunun tərkibində ABŞ və Fransa ilə birlikdə məşğul olur, o zaman belə sual yaranır: Dağlıq Qarabağda müharibə təhlükəsi yaranan zaman Rusiya, ABŞ və Fransa birgə hansısa qərara gələ, müharibənin qarşısını almaq üçün birlikdə nəsə edə biləcəklərmi? Qoşunların təmas xəttində beynəlxalq qanunlar pozulanda, dinc sakinlər qətlə yetiriləndə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri birlikdə hansısa qabaqlayıcı tədbirlər görməsi mümkün olacaqmı? Yoxsa, hərə tərəfləri öz tərəfinə çəkməyə çalışacaq? Belə olacaqsa, o zaman qarşıda bir çox təxribatların şahidi olacağıq”.

 

Politoloq Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus hərbi vertolyotun Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ağdam səmasında vurulmasını da şərh edib: “Qoşunların təmas xəttində baş verən son insident ümumilikdə atəşkəs qaydaları zəncirinin bir halqasıdır. Təəssüflər olsun ki, atəşkəs qaydaları bu və ya digər səbəbdən tez-tez pozulur. Mənim nöqteyi-nəzərimdən Dağlıq Qarabağ konfliktinin tənzimlənməsinə dair danışıqlar prosesi daha çox sülhün əldə olunmasına istiqamətlənib. Amma bu prosesdə atəşkəs qaydalarına əməl olunmasına dair iş aparılsa, daha yaxşı olardı. Çünki atəşkəsin pozulması zamanı nəyinki hərbçilərin, dinc sakinlərin də həyatlarını itirdiyinin şahidi oluruq. ATƏT bununla məşğul olsa da, cəhdlər yeterli deyil. Hamımız atəşkəsin pozulması nəticəsində həyatlarını itirən insanların – fərqi yoxdur, hərbçi, yaxud mülki vətəndaş olsun – sayının ildən-ilə artığının şahidi oluruq”.

 

S. Markedonov rəsmi Moskvanın vertolyotun vurulmasına ermənilər tərəfindən gözlənilən reaksiyanı verməməsini belə izah edib: “Kreml Azərbaycan və Ermənistana münasibətdə siyasətini balanslaşdıraraq həyata keçirir. Çünki yekun seçim etmək Moskvanın regionda manevr imkanlarını azaldır. 2008-ci ildə Gürcüstandakı hadisələrdən sonra Rusiyanın bu ölkəyə təsiri olduqca azalıb. Ona görə də, Kreml belə hallarda olduqca ehtiyatlı mövqe sərgiləyir”.

 

Rusiyalı ekspertin Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlasa, Rusiyanın mövqeyi necə olacaq sualına cavabı isə belə olub: “Dağlıq Qarabağda müharibə başlasa, toqquşmalar həm də Azərbaycan-Ermənistan sərhədində baş verəcək və belə insidentlər bu gün də baş verir. Bu zaman Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistanı müdafiə etməlidir. Ona görə də Rusiya konfliktə hərbi müdaxilədən qaçır, bundan sonra da qaçacaq. Moskva daha çox konfliktin tənzimlənməsində moderator rolunu oynayacaq”.

 

Azərbaycanın Avrasiya İqtisadi Birliyi layihəsinə qoşulma ehtimalını da şərh edən politoloqun fikrincə, Azərbaycan Avrasiya İqtisadi Birliyi layihəsinə üzv olmayacaq: “Söhbət bu layihədə kimin yaxşı, kimin pis olmasından getmir. Məsələ ondadır ki, Azərbaycan bu layihəyə qoşulsa, Avrasiya İqtisadi Birliyi MDB-yə çevriləcək. Çünki bu layihədə Ermənistan da iştirak edir. Azərbaycanla Ermənistanın eyni layihədə iştirakı isə mümkün deyil. Bu baş versə, o zaman Avrasiya Birliyi də MDB kimi qurum olacaq. İki düşmən ölkənin bir təşkilatda təmsil olunması həmin təşkilatın hər hansı layihəni həyata keçirməsini əngəlləyəcək. Necə ki, hazırda MDB bir təşkilat olaraq heç nə edə bilmir. Çox güman ki, Rusiya Azərbaycanla ikitərəfli münasibətlərə daha çox önəm verəcək”, – deyə rusiyalı siyasi ekspert qeyd edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yol polisinin sürücülərə qarşı yeni oyunu üzə çıxdı

Next Post

Komitə sədri məscidin yandırılmasından nə danışdı?

Bənzər yazılar

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

24 Aprel 2024 - 20:34

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

19 Fevral 2024 - 18:58

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

09 Dekabr 2023 - 23:50

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir...

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti  açıqladı

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti açıqladı

21 Noyabr 2023 - 13:39

Macarıstanın Baş naziri Viktor Orban plebisit elan edib. Onun gündəliyi Avropa Birliyinin Macarıstana ayırdığı maliyyənin dondurulması müqabilində Budapeştin Avropa İttifaqının...

Next Post

Komitə sədri məscidin yandırılmasından nə danışdı?

Eminin Bakıda çəkdirdiyi klip - Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.