Fələstinin Qəzza zolağında İsrail terroruna müqavimət göstərən Qəssam Briqadaları son 4 gündə bombardmanlarda 2 israilli məhbusun öldüyünü, 8-nin isə yaralandığını açıqlayıb.
Elchi.az xəbər verir ki, İzzəddin Qəssam Briqadalarının rəsmi Telegram hesablarında edilən yazılı açıqlamada İsrailin bir daha öz vətəndaşlarını güllələdiyi açıqlanıb.
Açıqlamada xəsarət alan məhbusların sağlamlıq vəziyyətinin təhlükəli olduğu bildirilib.
Bu gün dərc edilən hərbi bəyannamədə aşağıdakı ifadələr yer alıb:
“Əl-Qəssam Briqadaları təsdiqlədi ki, sionistlərin son 96 saat ərzində Qəzza zolağına davamlı bombardmanları 2 məhbusun ölümü və 8 nəfərin ağır yaralanmasına səbəb olub və onlara təminat verilmədiyi üçün onların vəziyyəti daha da təhlükəli olub.. Davam edən bombardmanlar nəticəsində yaralananların həyatına görə bütün məsuliyyəti düşmən daşıyır”.
Nuranə Məmmədova






