İşğalçı İsrailin Livanda törətdiyi terror aktında şəhid olan 7 Həmas rəsmisi ilə bağlı ilk açıqlama HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadaları tərəfindən verilib.
Elchi.az xəbər verir ki, İzzəddin əl-Qəssam Briqadaları Livanda sui-qəsd hücumu ilə bağlı yazılı açıqlama yayıb.
Hərbi bəyannamədə Salih Aruri və digər şəhidlərin Fələstin xalqının müqəddəs məbədləri üçün öz qanlarını və canlarını fəda etdikləri bildirilib.
“ Allah yolunda öldürülənləri ölü zənn etməyin, əksinə onlar diridirlər ” ayəsindən sitat gətirilən bəyannamədə şəhidlərin adları da yer alıb .
Bəyanatda İsrail “xərçəng hüceyrəsi” olaraq xarakterizə edilərək, ” Liderlərimizin öldürülməsi bizim üçün şərəf nişanıdır. “Hərəkətimiz və müqavimətimiz yalnız yolumuzu davam etdirmək əzmimizi artıracaq və işğalın öz təcavüzünün əvəzini ödəməyə məcbur edəcək .”
Nuranə Məmmədova






