Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə İsrailin Fələstində törətdiyi zorakılığı dəyərləndirib.
Elchi.az xəbər verir ki, Qətər xəbər agentliyi QNA-nın məlumatına görə, Əl Sani rəsmi təmaslar üçün Qətərə gedən Abdullahiyan ilə paytaxt Dohada görüşüb.
Görüş zamanı iki ölkə arasındakı əlaqələr və onların inkişafı, həmçinin İsrailin Fələstində törətdiyi zorakılıqlar müzakirə edilib.
Təcili olaraq atəşkəsin bərqərar olması, mülki şəxslərin müdafiəsi və əsirlərin azad edilməsi üçün çalışmağın zəruriliyini vurğulayan Qətərin xarici işlər naziri qeyd edib ki, zorakılıq dalğası daha geniş əraziyə yayılarsa, bunun ağır nəticələri olacaq.
Nuranə Məmmədova





