Qəzzada İsrailin hücumlarından zərər çəkən fələstinlilərə dəstək məqsədilə Qətərdə xeyriyyə oyunu keçiriləcək.
Elchi.az xəbər verir ki, xeyriyyə oyunu Qətər Fondunun vitse-prezidenti Əl-Meyassa bint Hamed Al Thani və Qətər Akademiyası tələbələrinin başlatdığı “Fələstinə qarşı durun” təşəbbüsü çərçivəsində təşkil olunacaq.
Saat 19:00-da Qatar Education City Stadium-da keçiriləcək matçdan əldə edilən bütün gəlir Qətər Qızıl Aypara Cəmiyyəti vasitəsilə Qəzzaya bağışlanacaq.
“Qatar” və “Fələstin” adlı iki təmsilçi komanda arasında keçiriləcək futbol matçında Qətər Milli Komandasının futbolçuları, keçmiş futbolçular, Qətər Akademiyasının tələbələri və Fələstin Məktəbinin tələbələri çıxış edəcək.
Qətər televiziyasında canlı yayımlanacaq xeyriyyə matçı çərçivəsində konsert, dron şouları, lotereya və mükafatlandırma mərasimi keçiriləcək.
Tədbirin təşkilatçılarından olan Məcid əl-Mənsuri mətbuat konfransında Qəzza xalqının çəkdiyi iztirablara dəstək olduqlarını ifadə etmək üçün bu təşəbbüsə başladıqlarını və Qəzza üçün daha çox şey etməyə hazır olduqlarını bildirib.
Nuranə Məmmədova






