Qətər İsrailin blokadası və hücumu altında olan Qəzza zolağına ümumilikdə 18 ton humanitar yardım daşıyan təyyarə göndərib.
Elchi.az xəbər verir ki, Qətər xəbər agentliyi QNA-nın xəbərinə görə, Qəzza zolağında Fələstin xalqı üçün humanitar yardım aparan Qətər Silahlı Qüvvələrinə aid təyyarə Misirin Əl-Ariş şəhərinə yola salınıb.
Qida və sığınacaq materialları da daxil olmaqla 18 ton yardım daşıyan təyyarə Misir üzərindən Qəzzaya çatdırılacaq.
Qətər, İsrailin 7 oktyabrdan bəri Qəzzaya hücumlarından sonra indiyədək 61 təyyarə ilə Qəzzaya ümumilikdə 1897 ton yardım çatdırıb.
Nuranə Məmmədova






