İsrailin hücumlarının fasiləsiz davam etdiyi Qəzza zolağında telekommunikasiya xidmətləri tamamilə kəsildikdən sonra bölgə yenidən qaranlığa qərq olub.
Elchi.az xəbər verir ki, Qəzza zolağında telekommunikasiya xidmətləri növbəti dəfə kəsilib.
Fələstin Telekommunikasiya (PALTEL) şirkəti tərəfindən edilən açıqlamada, “Davam edən hücum səbəbilə Qəzza zolağında bütün telekommunikasiya xidmətlərinin kəsildiyini təəssüflə bildiririk. Qəzza yenidən qaranlığa qərq oldu”.
Oktyabrın 7-dən İsrailin hücumları səbəbindən Qəzza zolağında telekommunikasiya xidmətləri dəfələrlə kəsilib.
Nuranə Məmmədova






