İsrail Qəzzada jurnalistləri də hədəfə alıb. Oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində 66 jurnalist həyatını itirib.
Elchi.az xəbər verir ki, Fələstin Jurnalistlər Birliyi İsrailin blokadada olan Qəzza zolağına hücumları zamanı həlak olan jurnalistlərlə bağlı məlumat verib.
Açıqlamada İsrailin hücumlarında 6-sı qadın olmaqla 66 jurnalistin öldüyü, 2 jurnalistin itkin düşdüyü, 31 jurnalistin isə İsrail həbsxanalarında saxlanıldığı bildirilib.
Birlik beynəlxalq insan haqları təşkilatlarını İsrailin jurnalistlərə qarşı qanun pozuntularını yaxından izləməyə çağırıb.
Şayəstə Hüseynova





