Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 17 min 997-yə yüksəldiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə bölgənin Səhiyyə Nazirliyi məlumat yayıb.
İsrailin Qəzza zolağına hücumları 65 gündür davam edərkən, insan itkiləri hər keçən dəqiqə artır. Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra açıqlamasında İsrailin Qəzza zolağına hücumlarında ölənlərin sayının 17 min 997, yaralıların sayının isə 49 min 229-a yüksəldiyini bildirib.
Əl-Qudra son 24 saatda İsrailin hücumlarında 297 nəfərin həyatını itirdiyini, 550-dən çox adamın isə yaralandığını bildirib.
Nuranə Məmmədova






