İsrailin bombardmanları altında olan Qəzzada can itkisi 24 min 100-ə yüksəlib.
Elchi.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 101 gündür intensiv hücumları ilə bağlı məlumat verilib.
Açıqlamada İsrailin Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda 132 fələstinlini öldürdüyü, 252 nəfərin yaralandığı bildirilib.
İsrail qüvvələrinin son 24 saatda “12 qırğın” törətdiyi bildirilən açıqlamada 7 oktyabrdan bu yana hücumlarda həlak olan fələstinlilərin sayının 24 min 100, yaralı sayının isə 60 min 834-ə yüksəldiyi qeyd edilib.
Yaralılardan bəzilərinin hələ də dağıntılar altında və ya yol kənarında olduğu, təcili yardım və mülki müdafiə qruplarının onlara çata bilmədiyi bildirilib.
Şayəstə Hüseynova






