İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 24 min 285-ə yüksəlib.
Elchi.az xəbər verir ki, İsrailin 7 oktyabrdan bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı son 24 saatda 185 nəfər artaraq 24 min 285-ə çatıb.
Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada , İsrailin Qəzza zolağına 102 gündür intensiv hücumları ilə bağlı məlumat verilib .
Açıqlamada İsrailin Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda 185 fələstinlini öldürdüyü, 320 nəfərin yaralandığı bildirilib.
İsrail qüvvələrinin son 24 saatda “15 qırğın” törətdiyi bildirilən açıqlamada 7 oktyabrdan bu yana hücumlarda həlak olan fələstinlilərin sayının 24 min 285, yaralı sayının isə 61 min 154-ə yüksəldiyi qeyd edilib.
Yaralılardan bəzilərinin hələ də dağıntılar altında və ya yol kənarında olduğu, təcili yardım və mülki müdafiə qruplarının onlara çata bilmədiyi bildirilib.
Nuranə Məmmədova





