İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda can itkisi 34 min 12-yə, yaralıların sayı isə 76 min 833-ə yüksəlib.
İsrail ordusu 196 gündür Qəzza zolağında qırğınlarını davam etdirir.
Elchi.az xəbər verir ki , Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin Qəzza zolağına son 24 saatda həyata keçirdiyi 4 hücumda 42 nəfərin öldüyü, 63 nəfərin yaralandığı bildirilib.
Açıqlamada, hücumlarda həyatını itirənlərin sayının 34 min 12-yə, yaralıların sayının isə 76 min 833-ə yüksəldiyi qeyd edilib.
Nuranə Məmmədova





