İsrail ordusunun 209 gündür hücumlarını davam etdirdiyi Qəzza zolağında can itkisi son 24 saatda 28 nəfər artaraq 34 min 396 nəfərə çatıb.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 28 fələstinlinin həyatını itirdiyi, 51 fələstinlinin isə yaralandığı bildirilib.
Qeyd edilib ki, İsrailin Qəzza zolağına 209 gün ərzində təşkil etdiyi hücumlarda ölənlərin sayı 34 min 396-ya, yaralıların sayı isə 77 min 816-ya yüksəlib.
Açıqlamada dağıntılar altında və yol kənarında ölənlərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.
Nuranə Məmmədova






