Fələstin Səhiyyə Nazirliyi, İsrailin hücumları səbəbindən blokadada olan Qəzza zolağının Rəfah şəhərində səhiyyə xidmətlərinin “çox pis” vəziyyətdə olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Kudra verdiyi yazılı açıqlamada Rəfah şəhərindəki xəstəxanaların kiçik olduğunu və İsrailin hücumlarına görə şəhərdə “sağlamlıq fəlakəti” yaşandığını bildirib.
Həkim qruplarının yaralılara çata bilmədiyini və lazımi xidmət göstərə bilmədiyini ifadə edən Kudra, Rəfahdakı Əbu Yusuf Ən-Nəccar Xəstəxanasının imkanlarının həddindən artıq aşıldığına diqqət çəkdi.
İsrailin tibbi yardımın Qəzzaya girməsinə mane olduğunu və ondan silah kimi istifadə etdiyini bildirən Kudra, humanitar yardımların Qəzzaya girməsi üçün İsrailə təzyiq edilməsi lazım olduğunu vurğulayıb.
Kudra Qəzzaya girən yardım maşınları ilə bağlı bunları qeyd edib: “Qəzzəyə girənlər gündə 70 TIR-ı keçmir, xalqın ehtiyacları isə min yardım maşınının girməsini tələb edir”.
Nuranə Məmmədova






