Sionist işğalçıların Qəzzəyə 122 gündür davam edən hücumlarında şəhid olanların sayı 27 min 478, yaralıların sayı isə 66 min 835-ə yüksəlib.
Sionist işğalçıların Qəzzada yaşayış məntəqələri və mülki əhalini hədəf alan hücumları 122 gündür fasiləsiz davam edərkən, bölgədə insan itkiləri də artır.
Elchi.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən açıqlamada sionist işğalçıların son 24 saatda həyata keçirdiyi hücumlarda 113 fələstinlinin şəhid olduğu, 205 nəfərin isə yaralandığı bildirilib.
Açıqlamada, hücumların başladığı 7 oktyabrdan bu yana şəhid olan fələstinlilərin sayının 27 min 478-ə, yaralıların sayının isə 66 min 835-ə yüksəldiyi bildirilib.
Nuranə Məmmədova






