Bildirilib ki, Qətərdə İsrail əsgərləri də daxil olmaqla Qəzzadakı bütün məhbusların azadlığa buraxılması müqabilində Təl-Əvivin israilliləri öldürməkdə “məhkum olan” fələstinli məhbusları azad edəcəyi “uzunmüddətli atəşkəs” üçün yeni sazişin imzalanması üçün danışıqlar aparılıb.
Elchi.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
İsrail dövlət televiziyası KAN-dan verilən xəbərə görə, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani, İsrail Xarici Kəşfiyyat Xidmətinin Mossad direktoru Devid Barni, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam C.Börns və Misir Kəşfiyyat İdarəsinin direktoru Abbas Kamil Qətərdə olublar. Bildirilib ki, Dohada onlar atəşkəs və Qəzza zolağında əsirlərin mübadiləsini müzakirə ediblər.
KAN-ın xəbərində bildirilir ki, Mossad rəhbəri Barnea Dohada danışıqların təfərrüatları barədə İsrailin baş naziri Benyamin Netanyahuya məlumat verib.
Xəbərdə HƏMAS-ın əldə etmək üçün səy göstərdiyi yeni razılaşmanın ümumi konturlarını təsdiqlədiyi və “tam atəşkəs” istədiyini, lakin İsrailin bunu artıq rədd etdiyi bildirilib.
Nuranə Məmmədova





