Misir təhlükəsizliyi təmin etmək üçün Qəzza zolağı ilə sərhədə təhlükəsizlik qüvvələrini yerləşdirməyə qərar verib. Elchi.az xəbər verir ki, bu barədə Misirin yüksək rütbəli təhlükəsizlik məmuruna istinadən “Associated Press” məlumat yayıb.
Agentliyin adının çəkilməsini istəməyən mənbəsi ərəb ölkəsinin görünməmiş tədbirlər gördüyünü və minlərlə qüvvəni sərhədə çəkdiyini bildirib. Bundan əlavə, o, İsrailin Qəzzada əməliyyatını ciddi səhv adlandırıb.
İsrail hakimiyyəti quru əməliyyatı başlamazdan əvvəl Qəzza zolağının sakinlərini təxliyə etmək üçün bir gün vaxt verib. Bu barədə oktyabrın 13-də gecə yarısı BMT əməkdaşlarının təxliyəsi barədə müvafiq əmr alan BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.
Havar Şəfiyeva





